A-dan Z-yə Canva Pro dərsləri

Dizayn etmək üçün artıq nə mürəkkəb proqramlara, nə də illərlə təcrübəyə ehtiyac var. Çünki Canva ilə ideyalarınızı saniyələr içində vizuala çevirmək mümkündür. Sosial media postları, reklam bannerləri, təqdimatlar, afişalar, videolar – xəyal etdiyiniz hər şeyi asan, sürətli və peşəkar şəkildə hazırlaya bilərsiniz.
Bu kurs Canva Pro-nu alətini sıfırdan öyrənmək və onu real işlərdə peşəkar səviyyədə istifadə etmək istəyənlər üçün hazırlanmışdır. Kurs boyunca platformanın interfeysini, Canva-nın geniş imkanlarını və süni intellektlə nə kimi işlər görə biləcəyinizi, bu alətlərlə praktik tətbiq yollarını addım-addım öyrənəcəksiniz. Kurs həm 0-dan başlayan, həm də biliklərini təkmilləşdirmək istəyən daha təcrübəli şəxslər üçün idealdır. Daha dəqiq bu kurs Canva Pro-nu sadəcə göstərmir, ondan necə maksimum fayda götürə biləcəyinizi öyrədir.
Kursun üstünlükləri
- Zaman - Daha qısa müddət ərzində Canvanı pratik şəkildə öyrənə biləcəksiniz.
- Əlçatanlıq - Bir dəfə kursu əldə etdikdən sonra materiallar həmişəlik sizin ixtiyarınızda olur. İstədiyiniz vaxt geri qayıdıb təkrar edə bilərsiniz.
- Yer - Öyrənmənin yaşı olmadığı kimi, artıq yeri də yoxdur. Canva-nı öyrənmək üçün sadəcə internet bağlantınızın olması kifayətdir.
- Yenilənmələr - Kursun daxilində olan materiallar yenilənir.
Kurs kimlər üçündür?
1. Yeni başlayanlar – Canva-nı ilk dəfə açan, “haradan başlayım?” deyənlər üçün;
2. Sahibkarlar – biznesi üçün sosial media postları, reklam vizualları və təqdimatları özü hazırlamaq istəyənlər üçün;
3. Rəqəmsal marketinq mütəxəssisləri – kampaniyalarını daha təsirli vizuallarla gücləndirmək istəyənlər üçün;
4. SMM menecerləri – gündəlik kontenti daha sürətli və peşəkar hazırlamaq istəyənlər üçün;
5. Freelancerlər – müştərilərə daha keyfiyyətli dizaynlar təqdim edib gəlirini artırmaq istəyənlər üçün;
6. Müəllimlər, tələbələr və təqdimat hazırlayanlar – dərslərini və layihələrini daha cəlbedici etmək istəyənlər üçün:
7. Dizaynı sevən hər kəs üçün – çünki Canva ilə dizayn həqiqətən hər kəs üçün mümkündür.
Kurs 5 əsas bölümdən ibarətdir:
1. Canvaya giriş
Bu bölümdə Canva-nın nə olduğu, interfeyslə tanışlıq, Canva Pro üstünlükləri, hesabın yaradılması və əsas iş mühiti ilə tanış olacaqsınız. Hansı düymənin nə işə yaradığını detallı şəkildə öyrənəcəksiniz.
2. Panellər
Canvanın əsas dizayn bölməsində yerləşən bütün panellər, alətlər və onların nə işə yaradığı ətraflı və sadə dillə izah olunur.
3. Tətbiqlər
Canva daxilindəki tətbiqlər, əlavə alətlər, AI funksiyalar, animasiyalar və dizaynı sürətləndirən imkanlar praktiki nümunələrlə göstərilir.
4. Redaktə funksiyaları
Mətn, şəkil, video və dizayn elementlərinin peşəkar şəkildə redaktəsi, ölçülər, rənglər, effektlər öyrədilir.
5. Real iş nümunələri
Bu bölümdə real layihələr üzərində işləyərək sosial media postları, təqdimatlar və s. bu kimi çox ehtiyac duyulan dizaynlar praktiki şəkildə video daxilində hazırlanır.
📌 Kursun sonunda siz Canva Pro ilə öz dizaynlarınızı sərbəst şəkildə hazırlaya, işinizdə və biznesinizdə bu aləti effektiv istifadə edə biləcəksiniz.
Hər kəsə uğurlar! ✌🏻
Kurs Məzmunu
Kurs məlumatları
Müddət
4 saat 9 dəqiqə
Dil
Azərbaycan dili
Son yeniləmə
02 Noyabr 2026
Tələbə sayı
16 nəfər
Reytinq
0% (0/5)
