Vergi (ƏDV,ÖMV,MƏNFƏƏT,GƏLİR,SADƏLƏŞDİRİLMİŞ,ƏMLAK və s), Statistika və DSMF
hesabatlarının aylıq,illik,rüblük hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi.
ƏDV depozit hesabının idarə edilməsi və əvəzləşmələrin aparılması.
Xarici və Daxili satışla bağlı sənədlərin tərtibi.(müqavilələrin,
protokollarin,hesab fakturalarin (invoice),tehvil-teslim aktlarının...)
Portallarda (new.e.taxes.gov.az,e.taxes.gov.az, taxes.gov.az,
e.customs.gov.az, e-social.gov.az(əmas),e.gov.az)istifadə və lazımi
əməliyyatların aparılması.
Mühasibatlıq və lazim gələrsə HR departamentinin idarə edilməsi.
Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHHH və KDHH-ın)hazırlanması və
səlahiyyətli şəxsə təqdim edilməsi.
Sənədlərin (mühasibat uçotu haqqında qanuna əsasən) ilkin hazırlanması,qanuna
uyğun nəzarət və idarə edilməsi.
İnternet banking vasitəsi ilə xarici,daxili Debitor və Kreditorlarla
hesablaşmalar,üzləşmələr aparılması,sənəd dövriyyəsinin idarə edilməsi.
Kassa və Bank əməliyyatlarının uçotunun qanuna uyğun şəkildə
aparılmasına,kassa sənədlərinin tərtib edilməsinə,hesabatların hazırlanmasına və
təqdim edilməsinə nəzarət.
Təhtəl hesab şəxslərlə hesablaşmaların aparılması,hesabatların tərtibi və
sənədlərin yoxlanılması.
Əsas vəsaitlərin uçotunun aparilmasına, alınmasına, inventarizasiyasina,
amortizasiyasına və silinməsinə nəzarət.
Mal-Material uçotunun aparılması(e-qaimə və sənədlər üzrə
alış,satış,geriqaytarma),dövrlük audit edilməsi (seçmə üsulla), illik auditə və
sənədləşməsinə nəzarət.
Müəssisə fəaliyyətinin analitik və sintetik uçotu üzrə məlumatların işlənməsi
və hesabatların formalaşdırılması.
Ticarət hasilatının uçotu və hesabatının hazırlanması.
Vergi və s dövlət qurumları ilə yazışmaların aparılması,lazımi cavablarla və
sənədlərlə həm müəssisənin,həm də qurumların təmin edilməsinə nəzarət.
Kadr uçotunun (sənədləşmə) qanuna uyğun (ƏM) şəkildə qurulması,nəzarət
edilməsi və sistemə (Əmas) işlənilməsi.
Əmək haqqı,xəstəlik, məzuniyyət və ezamiyə haqlarının hesablanması və
ödənilməsi.
Əmək haqqı cədvəllərinin və Tabellərin hazırlanması.
İcbari və könüllü sığorta əməliyyatlarının təşkili,uçotu və müvafiq qurumlara
hesabatların təqdim edilməsi.
İdxal olunan mal-material ehtiyatlarının maya dəyərinin hesablanmasına,YGB və
QİB yazılmasına, və gömrük orqanlarına ödənilən vəsaitlərin hesablanmasına
nəzarət və ödənilməsinin vaxtında təmin edilməsi.
Gömrük əməliyyatları və xarici ticarət prosedurlarının idarə edilməsi.
(İxrac, İdxal,Müvəqqəti İxrac və İdxal,Tranzit,Emal (göndərmə və gətirmə),Re-
export və Re-import və.s)
Analitik düşüncə və məsuliyyətli iş yanaşması
*Komandada işləmə və komandaya rəhbərlik etmə qabiliyyəti
*Müstəqil işləmə və idarəetmə bacarığı
*Dəqiqlik, operativlik və nəticəyönümlü iş prinsipi