Şirkətinizin HR işlərini səmərəli idarə etmək üçün daimi işçi axtarmağa ehtiyac yoxdur, mən bu işi frilans əsasda, uzaqdan və peşəkar şəkildə sizin üçün həyata keçirərəm.
İnsan resursları, insanlarla iş sahəsində 15 illik çoxşaxəli təcrübəyə malik, beynəlxalq sertifikatlı HR mütəxəssisəm. Müxtəlif şirkətlərdə kadr idarəçiliyi, işə qəbul, xitam, məzuniyyət, əməkhaqqı və motivasiya sistemlərinin qurulması, sənədləşmə və dövlət portalları (ƏMAS, İSB, SİMA və s.) üzərindən işlərin icrası ilə məşğul olmuşam.
Kadr siyasətinin formalaşdırılması, işçilərin seçilməsi və yerləşdirilməsi, performansın qiymətləndirilməsi, kadr ehtiyacının planlaşdırılması, eləcə də HR proseslərinin mövcud əmək qanunvericiliyinə uyğun idarə edilməsi üzrə peşəkar bacarıqlara sahibəm.
Hazırda frilans əsasda kiçik və orta müəssisələr üçün HR xidmətləri təklif edirəm:
- İşə qəbul prosesinin təşkili (iş elanlarının yerləşdirilməsi, CV-lərlə iş, müsahibələrin keçirilməsi, namizədlərin dəyərləndirilməsi);
- Əmək müqavilələrinin və əmrlərin hazırlanması;
- Əmək haqqı, məzuniyyət haqqı, son haqq-hesab və s. hesablanması;
- Kadr sənədlərinin rəsmiləşdirilməsi, ƏMAS, İSB və başqa portallar üzərindən idarə olunması;
- Performans ölçülməsi və motivasiya sistemlərinin qurulması;
- Vəzifə təlimatlarının hazırlanması;
- HR prosedurlarının qanunvericiliyə uyğun təşkili və s.;
- Eləcə də, HR, kadrlar, idarəetmə üzrə konsaltinq xidmətlərinin göstərilməsi.
Dil bilikləri:
- Rus dili (əla);
- İngilis dili (əla);
- Türk dili (əla);
Əlaqə üçün: [email protected]
Əlaqə nömrəsi: 050 714 01 07
Xahiş edirəm, WhatsApp ilə əlaqə saxlayın.