İT

İnnovativ gələcəyə addım atmaq və öz startap ideyalarınızı real məhsula çevirmək üçün Sizə əla fürsətimiz var! Agentliyimizin dəstəyi və Estoniyanın “YellowX” şirkətinin təşkilatçılığı ilə Bakıda, “SAGE & IDDA University Students Hackathon” keçirilir.
💡 Bu 3 günlük intensiv proqram çərçivəsində Siz real problemlər üzərində işləyəcək, komanda quracaq və beynəlxalq mentorların dəstəyi ilə öz MVP-nizi (ilkin məhsulunuzu) hazırlayacaqsınız. Kaliforniya Universitetinin ekspertləri Mark Searle və Elizabeth Saunders ilə birgə işləmək Sizin üçün əvəzolunmaz təcrübə olacaq.
🎓 Proqramda iştirak üçün heç bir texniki bilik və ya proqramlaşdırma təcrübəsi tələb olunmur, sadəcə ideyanızın olması kifayətdir. Qeydiyyat üçün tələsin, hakatona qeydiyyat 50 nəfərlə məhdudlaşacaq.
📅 Tarix: 15–17 may
📍Məkan: AİM (Azərbaycan İnnovasiya Mərkəzi), Gənclik Plaza, Atatürk prospekti 93
Müraciət üçün son tarix: 27 Aprel

Tədbiri irəli çək
Daha çox iştirakçıya çat