Hüquq büromuz 2009-cu ildə Bakı şəhərində yaradılmışdır və bu ildən etibarən xidmət göstərməkdədir. Qazandığımız 15 illik iş təcrübəsi sayəsində sizə peşəkar vəkil xidməti təklif edirik. Ofisimiz şirkətlərə, fondlara, assosiasiyalara və fiziki şəxslərə təkcə məhkəmə çəkişmələri sahəsində deyil, həm də hüququn müxtəlif sahələrində məsləhətlər verir, hər növ müqavilələrin və bu kimi sənədlərin hazırlanması, danışıqlar proseslərinin izlənilməsi, şirkətlərin hüquqi infrastrukturu və istintaq araşdırmaları, inzibati və cinayət araşdırması proseslərinin təqibi, həmçinin iddiasız həllər və bənzər sahələrdə xidmətlər təqdim edir.
Azərbaycan fəaliyyət göstərən bütün yerli və xarici, korporativ və fərdi müştərilərinə Mülki Hüquq, Öhdəliklər Qanunu və Ticarət Hüququnun bütün sahələrində hüquqi məsləhət və məhkəmə çəkişmələrində tam dəstək veririk.
Xüsusilə Mülki və Öhdəliklər Hüququ, Ticarət və Korporativ Hüquq sahələrindəki təcrübəmizlə geniş sektorlarda fəaliyyət göstərən fərdi və korporativ müştərilərimizə müntəzəm məsləhət xidmətləri və profilaktik hüquqi məsləhətlər veririk.
Bütün Azərbaycan daxilində peşəkar uğurunu sübut etmiş Smart Law Hüquq bürosu olaraq sizin üçün peşəkar qadın vəkil və kişi vəkil komanda üzvlərimizi təqdim edirik. Hər biri Azərbaycanda ən güclü vəkil adına layiq olmağa çalışaraq düzgün, qərəzsiz, vicdanlı şəkildə peşəsini icra etmək yolunda əmin addımlarla irəliləyirlər. Hər cür hüquqi xidmətlərin göstərilməsi üçün Smart Law Hüquq bürosu sizin seçiminiz olarsa, hüquqlarınızın tam şəkildə qorunacağına əmin ola bilərsiniz.
Hüquq sahələrində mütəxəssis olan hüquqşünaslar və akademik məsləhətçilərdən ibarət peşəkar komandamızla peşəkar vəkil xidmətimizi uğurla təqdim edirik.