07 İyul 2025 | Təhsil və elm

HR olmaq üçün haradan və necə başlamaq lazımdır?

0
16 baxış
14
HR olmaq üçün haradan və necə başlamaq lazımdır?

HR olmaq üçün haradan və necə başlamaq lazımdır?

HR kimdir? HR menecer maaşları, HR kursları 2025

Müasir dövrdə şirkətlər arasında rəqabət günü-gündən daha da güclənir. Gəlin razılaşaq ki, istənilən brendin, markanın, şirkətin uğur yolu isə onun sahib olduğu ən bacarıqlı, istedadlı, günün nəbzini tuta bilən əməkdaşlarının getdiyi yollarla ölçülür. Çünki bir şirkəti istənilən qədər səmayələşdirə bilərsən, amma həmin əməkdaşlar olmasa invesitisiyanın yolu inflyasiyaya gedib çıxır. Bəs bu əməkdaşlar şirkətə necə gəlib çıxır? İndi gəldik söhbətin ən maraqlı yerinə. Yəqin ki azdan-çoxdan bilirsiniz ki, bütün şirkətlərdə əməkdaşların işə götürülməsi prosesi insan resursları komandası tərəfindən həyata keçirilir. İnsan resursları bir çox hallarda HR (eyçar) olaraq adlandırdığımız məhz həmin şəxslərdən ibarət şirkətlərin inkişaf memarlarıdır. 

HR nədir? İnsan resursları nədir?

HR (Human Resources) və ya insan resursları müəyyən təşkilatın, şirkətin, qurumun işçi qüvvəsini idarə edən departament, yaxud şöbə olaraq fəaliyyət göstərir. İnsan resursları şöbəsi təşkilatın kadr ehtiyatları, iş mədəniyyəti və əmək münasibətlərini sistemli şəkildə idarə edərək işçilərin məmnuniyyətini, bağlılığını və performansını qoruyur. HR komandası işə qəbul, təlim, bacarıq inkişafı, siyasətlərin tətbiqi, hüquqi uyğunluq və işçi təhlükəsizliyi kimi prosesləri həyata keçirir, eləcə də yaranan münaqişələri vaxtında həll edir. Bunun sayəsində menecerlər öz bölmələrinin strateji məqsədlərinə daha rahat fokuslana bilirlər. HR-ların əsas məqsədi şirkətin hədəflərinə çatması üçün doğru insanların, doğru zamanda, doğru mövqedə olmasını və onların potensialından maksimum dərəcədə səmərəli istifadəni təmin etməkdir. İllər öncə HR-lar daha çox inzibati və problemlər ortaya çıxdıqda həll edən əməkdaşlar rolunu oynayırdısa, hazırda HR-lar problemləri qabaqlayan və strateji tərəfdaş olaraq qəbul edilirlər.

HR-lar hansı işləri həyata keçirir?

İnsna resursları mütəxəssislərinin rolu şirkətlərdən asılı olaraq çoxşaxəli ola bilər. Buraya şirkətin fəaliyyət istiqaməti, dövlət-özəl olması, bazar gücü və s. aid ola bilər. Lakin əsas funksiyaları aşağıdakı kimi ümumiləşdirmək olar:

  • İstedadların cəlbi və seçimi (Recruitment & Selection): Şirkətin ehtiyaclarına uyğun namizədlərin tapılması, müsahibələrin keçirilməsi və ən uyğun olanların işə qəbul edilməsi məhz onlar tərəfindən həyata keçirilir.
  • İşə adaptasiya (Onboarding): Yeni işçinin şirkətə, komandaya və öz roluna sürətli və effektiv şəkildə uyğunlaşmasını insan resursları əməkdaşları təmin edir. Uğurlu adaptasiya proqramı işçinin ilk gündən özünü dəyərli hiss etməsinə və məhsuldarlığının tez artmasına səbəb olur. Hazırda şirkətlərdə bu istiqamətdə HR biznes partnyorlar adlı xüsusi əməkdaşlar fəaliyyət göstərir.
  • Təlim və inkişaf (Training & Development): İşçilərin mövcud bacarıqlarını təkmilləşdirmək və gələcək karyera inkişafı üçün yeni biliklər qazandırmaq məsuliyyəti də onların üzərindədir. Bu, həm işçinin fərdi inkişafına, həm də şirkətin rəqabət qabiliyyətinin artmasına xidmət edir.
  • Fəaliyyətin idarə olunması (Performance Management): İşçilərin performansının müəyyən edilmiş hədəflərə və standartlara uyğun olaraq qiymətləndirilməsinə nəzarət edirlər. Bu prosesə hədəflərin qoyulması, mütəmadi rəy verilməsi və il sonu dəyərləndirmələr daxildir.
  • Kompensasiya və imtiyazlar (Compensation & Benefits): Rəqabətli və ədalətli əməkhaqqı sisteminin qurulması, bonuslar, tibbi sığorta və digər maddi və qeyri-maddi motivasiya vasitələrinin idarə edilməsini həyata keçirirlər.
  • Əmək münasibətləri (Employee Relations): İşçilər arasında və işçilərlə rəhbərlik arasında sağlam və pozitiv münasibətlərin qurulması, münaqişələrin həlli və işçilərin şikayətlərinin dinlənilməsi HR əməkdaşları tərəfindən icra olunur.
  • Korporativ mədəniyyətin formalaşdırılması: Şirkətin dəyərlərini, missiyasını və vizyonunu əks etdirən güclü bir iş yeri mədəniyyətinin yaradılması və qorunmasına yaxından nəzarət edirlər.
  • Əmək qanunvericiliyinə uyğunluq: Bütün HR proseslərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərinə tam uyğun şəkildə aparılmasını təmin etmək də birbaşa insan resursları əməkdaşlarının məsuliyyətindədir. 

HR-ların iş fəaliyyətindən danışmışkən maraqlı statistikayla tanış olmaqda fayda var. Belə ki, sitatistika göstərir ki, işə qəbul prosesindən başlayaraq “onboardinq” mərhələsinə qədər insan resursları əməkdaşlarının mükəmməl yanaşması sayəsində şirkətdə sadiq və daha istedadlı kadrlar yetişir. 

HR nedir? HR kimdir?

Bir HR sözü:

"İnsanları tərk edə biləcəkləri qədər yaxşı öyrədin. Onlarla qalmaq istəyəcəkləri qədər yaxşı davranın."

Riçard Brenson, Virgin Group-un qurucusu

Peşəkar HR hansı bacarıqlara sahib olmalıdır?

Uğurlu insan resursları əməkdaşı olmaq namizədlərdən həm texniki, həm nəzəri, həm də peşə bacarıqlarına peşəkar səviyyədə bələd olmağı tələb edir. Yəni HR əməkdaşı yaxından-uzaqdan bir çox sahələrdən məlumatlı olmağa meyilli olmalıdır ki, öz karyerasında kifayət qədər uğurlar imza ata bilsin. 

Gəlin görək peşəkar HR-lar hansı bacarıqlara sahib olur?

  • Ünsiyyət: Həm şifahi, həm də yazılı şəkildə aydın və təsirli ünsiyyət qurmağı bacarmaq işin ən başında gələn nüansdır. HR əməkdaşı fəhlədən tutmuş baş direktora qədər hər kəslə dil tapmağı bacarmalıdır.
  • Empatiya və emosional zəka: Başqalarının hisslərini anlamaq, özünü onların yerinə qoya bilmək və mürəkkəb situasiyalarda emosiyaları idarə etmək mütləqdir.
  • Problem həlletmə: İnsan resursları əməkdaşlarından analitik düşüncə tərzi ilə problemlərin kökünü tapması və effektiv həll yollarını təklif etməsi gözlənilir.
  • Məxfilik və etika: İşçilərin şəxsi məlumatları ilə işlədiyi üçün yüksək məxfilik və etik standartlara riayət etmək mütləqdir.
  • Strateji düşüncə: Gündəlik işlərlə yanaşı, şirkətin gələcək hədəflərini görmək və HR strategiyasını bu hədəflərlə uzlaşdırmaq əsas tələblərdəndir.
  • Əmək qanunvericiliyi bilikləri: Əmək Məcəlləsini və əlaqəli qanunvericiliyi dərindən bilmək hər bir HR əməkdaşı üçün olduqca önəmlidir. Çünki bütün iş prosesi bu qanunvericilik əsasında qurulub.
  • Texnoloji savadlılıq: Müasir HR idarəetmə sistemləri, analitika və süni intellekt alətlərindən istifadə bacarığına sahib olmalıdır.

HR olmaq üçün nə etməli? 

Bütün peşələrdə olduğu kimi insan resursları sahəsində çalışmaq üçün namizədlərin ilk növbədə işini sevməsi önəmlidir. Çünki bu peşənin mütəxəssislərinin empatiya qurmaqdan, qanunvericiliyə yaxından bələd olmaqdan tutmuş peşə biliklərinə, texnoloji biliklərə, yumşaq bacarıqlara qədər çoxşaxəli bilik və bacarıqlara sahib olması gözlənilir. Əgər HR olmaq xəyalındasınızsa, bu sahə üzrə karyeranızı qurmağı hədəfləyirsinizsə, aşağıdakı karyera xəritəsinə nəzər yetirməyinizdə fayda var. 

  1. Ali təhsil: Hazırda ölkəmizdə "İnsan resurslarının idarə edilməsi" ixtisası olmasa da, bu sahəyə yaxın ixtisaslarda təhsil almaqla (Menecment, Biznesin idarə edilməsi, Psixologiya, Sosiologiya, Hüquqşünaslıq) karyeranızı bu istiqamətdə qura bilərsiniz. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) MBA proqramı çərçivəsində "İnsan resurslarının idarə edilməsi" ixtisaslaşmasını təklif edir. Həmçinin Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) kimi ali məktəblərin məzunları da müvafiq bacarıqları inkişaf etdirərək bu sahədə uğur qazana bilərlər.
  2. Sertifikatlaşma və kurslar: Ali təhsildən əlavə və ya ona alternativ olaraq, ixtisaslaşmış HR kurslarında iştirak etmək olduqca faydalıdır. Bu kurslar həm nəzəriyyəni, həm də yerli qanunvericiliyin praktiki tətbiqini öyrədir.
  3. Təcrübə: Nəzəri bilikləri təcrübə ilə möhkəmləndirmək bir insanın karyerasının ən başlarında etməli olduğu ən vacib işlərdəndir. Karyeraya HR asisstenti və ya kiçik mütəxəssis kimi başlamaq, real iş proseslərini görmək və tədricən daha məsuliyyətli vəzifələrə yüksəlmək ən effektiv yoldur. 

HR təcrübə proqramları vakansiyalar bölməmizdə müntəzəm olaraq paylaşılır!

HR maaşları nə qədər olur?

Azərbaycanda HR mütəxəssislərinin əməkhaqqı təcrübə, vəzifə (mütəxəssis, baş mütəxəssis, menecer, direktor), sektor və s. kimi  bir çox amildən asılıdır. Azərbaycanda HR maasi 2025-ci ilin məlumatlarına əsasən, aşağıdakı kimi təsnif edilə bilər:

  • Başlanğıc səviyyə (HR asistent/Kiçik mütəxəssis): 500 - 800 AZN
  • Orta səviyyəli mütəxəssis : 800 - 1500 AZN
  • Aparıcı/Baş mütəxəssis: 1200 - 2000 AZN
  • Rəhbər vəzifələr (HR menecer/Biznes tərəfdaş/direktor): 2000 - 5000+ AZN

HR vakansiyaları ilə buradan tanış ol!

Əgər HR işində özünüzü ən mükəmməl mütəxəssislərdən hesab edirsinizsə, ancaq daha rahat və sərbəst həyat yaşamaq xəyalındasınızsa, o zaman sizin üçün tövsiyəmiz var. Biliklərini və təcrübələrinizi paylaşa biləcəyiniz, bir qədər də rənglilik, yumor qatacağınız bloq səhifə açmaq günümüzün ən yaxşı qərarlarındandır. Belə olanda həm istədiyiniz rejimdə yaşayır və gəlir qazana bilirsiniz. Məsələn, Aysel Əlizadənin səhifəsinə göz gəzdirə bilərsiniz. 

Beynəlxalq şirkətlərdə və böyük yerli holdinqlərdə bu rəqəmlər daha yüksək ola bilər. Cari anda şirkətlərdə əməkhaqqının necə dəyişdiyini bilmək üçün internetdə məsələn, HR 1300 yazaraq axtarış etsəniz, bu rəqəmlərə uyğun maaşlı işləri kəşf etmək olar.

Sertifikatlı HR kursları hansılardır?

HR olmaq yolunda addımlayan hər kəs üçün faydalı ola biləcək pulsuz online HR kursları arasından bəzilərini bir araya gətirərək təqdim edirik. 

Human Resource Management: HR for People Managers (University of Minnesota, Coursera)

İşə qəbul, performans, kompensasiya, əmək qanunvericiliyi kimi əsas funksiyaların hamısını bir yerdə sistemli şəkildə öyrədir.

People Management with Impact (IIM Bangalore, edX)

Komanda motivasiyası, liderlik və kommunikasiya bacarıqları; xüsusilə ilk dəfə menecer roluna keçənlər üçün idealdır

Human Resources: Recruitment & Selection (Open University, OpenLearn)

Bu kursda namizəd cəlbi strategiyalarının hazırlanması və müsahibə ilə qiymətləndirmə mərhələlərinin məqsədyönlü şəkildə planlaşdırılması öyrədilir.

HR-lar üçün süni intellekt alətləri hansılardır?

Sevindirici haldır ki, süni intellekt (AI) alətlərinin sürətli inkişafı insan resursları mütəxəssislərindən də yan keçməyib. HR əməkdaşları üçün də mövcud olan bu alətlər onlar üçün rutin işləri avtomatlaşdırır və mütəxəssislərə daha strateji məsələlərə fokuslanmaq üçün imkan yaradır. Gəlin görək HR-lar üçün yaradılan süni intellekt alətləri hansılardır və onlar hansı işləri görür?

BambooHR: Kiçik və orta həcmli bizneslər üçün dizayn edilmiş hərtərəfli HR idarəetmə sistemidir. İşçi məlumatlarının mərkəzləşdirilmiş bazasını yaratmağa, işə qəbulu, adaptasiyanı, məzuniyyətləri və performans dəyərləndirməsini avtomatlaşdırmağa imkan verir. Onun istifadəçi dostu interfeysi və mobil tətbiqi HR proseslərini hər kəs üçün əlçatan edir.

Workday HCM (Human Capital Management): Daha çox böyük korporasiyalar tərəfindən istifadə edilən platformadır. Bu platforma HR, maliyyə və planlamanı vahid sistemdə birləşdirir. Süni intellekt və maşın öyrənməsi alqoritmləri sayəsində işçi qüvvəsi haqqında dərin analizlər aparmağa, gələcək trendləri proqnozlaşdırmağa və dataya əsaslanan qərarlar verməyə kömək edir.

SAP SuccessFactors: Qlobal şirkətlər üçün nəzərdə tutulmuş bulud əsaslı HR həllidir. İstedadların idarə edilməsi (işə qəbul, performans, təlim, varislik planlaması) üzrə güclü modullara malikdir. Süni intellekt vasitəsilə fərdiləşdirilmiş təlim təklifləri verir və işçilərin karyera inkişaf yollarını planlaşdırmağa yardım edir.

HireVue: İşə qəbul prosesini avtomatlaşıran alətdir. Namizədlərə video müsahibələr yazmaq imkanı verir. Süni intellekt alqoritmləri bu videoları analiz edərək namizədin nitqini, mimikalarını və cavablarının məzmununu dəyərləndirir və işin tələblərinə ən uyğun olanları müəyyən edir. Bu, ilkin seçim mərhələsinə sərf olunan vaxta əhəmiyyətli dərəcədə qənaət edir.

Personio: Avropada populyar olan və bütün HR proseslərini əhatə edən proqram təminatıdır. İşə qəbuldan başlayaraq əmək haqqı hesablanması və işdən ayrılma proseslərinə qədər hər şeyi avtomatlaşdırır. 

HR vakansiyaları ilə buradan tanış ol!

HR olmağa hazırlaşanlardan tutmuş hazırda insan resursları mütəxəssisi kimi çalışan namizədlərə qədər hər kəs vakansiyalar bölməmizdən öz maraqlarına uyğun HR iş elanları ilə tanış ola bilər. Kiçik HR mütəxəssisi iş elanları, baş HR mütəxəssis is elanlari, HR baş direktor vakansiyaları kimi elanlar mütəmadi olaraq saytımızda yenilənir. Uğurlu karyeranız agedən yol buradan başlasın!

Dostunla paylaş:

whatsapptelegram