Marketinq

CulTech Proqramı növbəti vörkşopu təqdim edir!
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi və SUP.VC-nin təşkilatçılığı ilə keçiriləcək bu görüş sənə yeni bilik və təcrübə qazandıracaq.
🎯 Mövzu: “Fərziyyədən nəticəyə: İstifadəçi araşdırmalarında Süni intellektin tətbiqi”
💡 Spiker: Vüsal Əzizov – Rəqəmsal məhsulların dizaynı şöbəsinin müdiri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Vüsal bəy uzun illərin təcrübəsinə əsaslanaraq dizayn, istifadəçi təcrübəsi və rəqəmsal transformasiya mövzularında dəyərli biliklərini paylaşacaq. İstifadəçi araşdırmalarında süni intellektin rolu və real tətbiqləri barədə öyrənmək üçün sən də bizimlə ol!
🎨 Mövzu: “Süni İntellekt: Motion Design–da yeni köməkçi”
👤 Spiker: Rəşad Əhmədli Foxxy Studio, Art Director
📍 Məkan: Yaradıcı Mərkəz
📅 Tarix: 3 oktyabr 2025, saat 19:00
Görüş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi, SUP.VC-nin təşkilatçılığı ilə baş tutacaq.
✨ İdeyalarını inkişaf etdirmək və yeni təcrübələr qazanmaq üçün qeydiyyatdan keç – link Instagram bio-dadır!
@culture.gov.az
