Haqqımda
2017-ci ildən dizayn sahəsində fəaliyyət göstərirəm. Bu müddət
ərzində həm ölkə daxilində, həm də xaricdə bir çox layihələrə
imza atmışam. İşlərim Polşa, Ukrayna, Rusiya və Azərbaycanın
müxtəlif şəhərlərində həyata keçirilib.
Şuşada “Xarı Bülbül” hotelinin yenidən dizayn olunmasında iştirak
etmişəm. Ağdamın Quzanlı bölgəsində Bayraq Meydanının
layihələndirilməsi də gördüyüm işlər sırasındadır.
İnteryer və eksteryer dizaynla yanaşı, “Automotive Render” və
arxitektura animasiyaları üzərində də çalışıram.
Məqsədim təkcə vizual baxımdan gözəl layihələr yaratmaq yox,
həm də funksionallığı və estetik dəyəri bir araya gətirməkdir