Haqqımda
Magistr dərəcəsi üzrə ali təhsil almış və ISO 9001, ISO 22000 və ISO 17025 standartları üzrə sertifikatlara malik biri kimi istehsalat prosesində xammalın, yarımfabrikatların və hazır məhsulun keyfiyyət analizlərinin aparılması, istehsal xətlərinin nəzarətdə saxlanılması, uyğunsuz məhsulların müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi kimi əsas işlərdə peşəkar yanaşmamı tətbiq etməyə hazıram.
Bacarıqlarım və Sertifikatlarım:
✔ ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı
✔ ISO 22000 - Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatı
✔ ISO 17025 - Sınaq və Kalibrasiya Laboratoriyalarının İdarəedilməsi üzrə Sertifikat
✔ Qida təhlükəsizliyi və keyfiyyəti sahəsində yerli və beynəlxalq standartlara uyğun nəzarət proseslərinin aparılması
✔ İstehsalatda xammal və hazır məhsulların fiziki-kimyəvi və mikrobioloji analizlərinin icrası
✔ İstehsalat intizamının möhkəmləndirilməsi və istehsal proseslərinə nəzarət
✔ Hazır məhsulun saxlama, satış və qaytarma anbarlarında mütəmadi keyfiyyət nəzarət yoxlamalarının aparılması
✔ Məhsulların texniki sənədlər və müqavilə şərtlərinə uyğunluğunun yoxlanılması
✔ Müəssisəyə daxil olan ehtiyatların standart və texniki şərtlərə uyğunluğunun yoxlanılması və rəylərin hazırlanması
✔ Keyfiyyət vəsiqələrinin hazırlanması və müştərilərə təqdim edilməsi
✔ MS Office (Word, Excel, Outlook) və 1C proqramları ilə işləmə bacarığı