Hörmətli İşəgötürən,
Android platforması üçün innovativ və istifadəçi dostu mobil tətbiqlərin yaradılmasında
topladığım təcrübəmi Sizin şirkətinizdə tətbiq etmək istəyi ilə bu vəzifəyə müraciət edirəm.
Son 1 ildə Android tərtibatçısı kimi fəaliyyətim zamanı Kotlin dilindən istifadə edərək MVVM,
Clean Architecture kimi müasir arxitektura prinsiplərini tətbiq edən layihələr həyata
keçirmişəm. Tətbiqlərin optimallaşdırılması, verilənlər bazası ilə işləmə və REST API
inteqrasiyası sahəsində güclü bacarıqlarım var.
Məni bu vəzifəyə təhriki edən əsas amillər:
1.Şirkətinizin innovativ yanaşması və daim inkişaf edən texnologiyalardan istifadə etməsi
2.Çətin layihələrə həll yolları tapmaq və komanda ilə birlikdə problemləri həll etmək imkanı
3.İstifadəçi təcrübəsini yaxşılaşdıran tətbiqlər yaradaraq real dəyər qatmaq istəyi
Şirkətinizin məhsullarını və istiqamətlərini araşdırmışam və texniki təcrübəm, problem
həlletmə və innovativ yanaşmalarımla Sizin komandaya dəyərli töhfə verə biləcəyimə
əminəm.
Əlavə məlumat və müsahibə üçün vaxt ayıracağınıza ümid edirəm.
Hörmətlə,
Vasif Gumbatov
E-mail:
[email protected]
Mob: +994-77-732-39-00