Haqqımda
Mən, Ülkər Nuri, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavr təhsilimi başa vurduqdan sonra, hazırda ADA Universitetində Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr təhsilimi davam etdirirəm. Təhsil və iş təcrübəm ərzində əldə etdiyim bilik və bacarıqlar, mənə maliyyə, beynəlxalq əlaqələr və müştəri xidməti sahələrində dərin anlayış qazandırmışdır.
PASHA Sığorta və Azərbaycan Beynəlxalq Bankında keçdiyim təcrübələr zamanı müştəri məmnuniyyətinin və effektiv ünsiyyətin nə qədər önəmli olduğunu real iş mühitində görüb öyrəndim. Telesatış və bank xidmətləri sahəsində qazandığım praktiki təcrübə mənim problem həll etmə, təhlil və empatiya bacarıqlarımı inkişaf etdirdi. Bu sahələrdə əldə etdiyim təcrübə, mənə həm komanda daxilində, həm də müstəqil şəkildə effektiv çalışmaq bacarığı qazandırdı.
Təhsil həyatım boyunca, həm nəzəri biliklərə, həm də praktiki vərdişlərə sahib olmaq üçün daim təşəbbüskar olmuşam. Microsoft Office proqramlarını və 1C Enterprise sistemini sərbəst şəkildə istifadə edirəm, eyni zamanda, ingilis və türk dillərində sərbəst ünsiyyət qurmaq bacarığım vardır. Mühasibatlıq və maliyyə sahəsində biliklərimi genişləndirmək məqsədilə ACCA-nın F3 – Financial Accounting kursunu bitirmişəm.