Haqqımda
Mən Temirova Zaira Bahaddin qızı 2021-2025-ci illərdə Bakı Dövlət Universitetində SABAH qrupları Coğrafiya müəllimliyi ixtisasındə təhsil almışam. Tələbəlik müddətində həm universitet daxili, həm də universitetdənkənar könüllülük layihələrində iştirak etmişəm. 2023-cü ildən etibarən RİİB-də (Regional İnkişaf İctimai Birliyi), 2023-cü ildə FİA-da, 2024-cü ildə isə COP29-da könüllü kimi fəaliyyət göstərmişəm. SABAH qruplarında təhsil aldığım müddətdə SABAH Academy və IE Business Universitynin təşkil etdiyi "Introduction to Entrepreneurship" proqramını uğurla bitirmişəm. 2023-cü ilin may ayında isə "Təhsildə İKT-nin rolu" adlı məqaləm Ankarada çap olunmuşdur. 2025-ci ilin fevral ayından iyun ayınadək Landau School liseyində tədrisi ingiliscə coğrafiya müəllimi kimi pedaqoji təcrübə keçmişəm. Bununla ingilis dili bacarıqlarımı inkişaf etdirməklə yanaşı, yerli və Britaniya kurikulumu ilə tədris aparmaq, sərbəst şəkildə sinfi idarə etmək və şagirdlərdə müasir texnologiyalarla dərsi tədris etmək bacarıqlarına yiyələnmişəm.