Seyidfatimə Abbasova

Seyidfatimə Abbasova

MSc sosial psixoloq / Trener

İş təkliflərinə açığam

Haqqımda

Mən hal-hazırda Meduna Psixologiya Mərkəzində fəaliyyət göstərən psixoloqam. Həm onlayn, həm də fərdi olaraq üzbəüz seanslar təklif edirəm. Müxtəlif yaş qruplarından olan insanlara aşağıdakı sahələrdə dəstək göstərirəm: • İmtahan həyacanı • Depressiya • Obsessiv-Kompulsiv Pozuntu (OKP) • Panik pozuntu • Travma və yas • Anksiyete pozuntuları • Fobiyalar və qorxular • Aşağı özünəinam • Qidalanma pozuntuları • Enurezis/Enkoprezis • DEHB (Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu) • Davranış çətinlikləri • Disleksiya • Autizm spektr pozuntusu Bundan əlavə, Psixologiya Elmi-Tədqiqat İnstitutunda təşkilati psixoloq kimi çalışıram və burada korporativ psixoloji xidmətlər göstəririk. Fəaliyyətim əsasən sosial psixologiya əsaslı təlimlərin keçirilməsinə yönəlib. Bu təlimlərə aşağıdakılar daxildir: • Stressin idarə olunması • Emosional zəka • Komanda birliyi • İş yerində psixi sağlamlıq • Effektiv ünsiyyət Məqsədim, fərdi və təşkilati səviyyədə psixoloji rifaha töhfə vermək, dəstəkləyici, məlumatlı və emosional baxımdan dayanıqlı mühitlərin formalaşmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün CV yükləyə bilərsən

Loading...
Avatar 1Avatar 2Avatar 3Avatar 4

Profil aç - Tezliklə iş tap

  • 1
    Qeydiyyatdan keç

    Cəmi bir neçə addımda profil aç

  • 2
    Müraciət et

    Profilin sayəsində şirkətlər özləri səni tapacaqlar

  • 3
    İşə başla

    Yeni işində uğurlar

Yeni profil açmaq çooox asandır

register
Qeydiyyata keç