Haqqımda
Son 5 ildir ki, təhsil və emosional intellekt sahəsində çalışan mindfulness (fərqindəlik) və şəfqət müəllimiyəm. Stanford Universiteti tərəfindən hazırlanmış Compassion Cultivation Training (CCT) proqramının Azərbaycandakı ilk və yeganə sertifikatlı təlimçisiyəm. Eyni zamanda, beynəlxalq Meditasiya Müəllimliyi Təlim Proqramı (MMTCP) və Mindfulness Mentor Training (MMT) proqramlarının iştirakçısı olmuşam.
UNICEF, JICA, və British Council kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişəm. İndiyə qədər 200-dən çox insana şəfqət, emosional çeviklik və fərqindəliklə yaşam bacarıqları üzrə təlim və mentorluq dəstəyi vermişəm. Məqsədim, fərdlərin həm şəxsi, həm də peşəkar həyatlarında daha dərin əlaqə, balans və mənalı inkişaf yaratmalarına dəstək olmaqdır.