Səbinə Rüstəmova

Səbinə Rüstəmova

Mühəndis kimi düşünür, sənətkar kimi həll edirəm.

İş təkliflərinə açığam

Haqqımda

Mühəndis kimi düşünür, sənətkar kimi həll edirəm. Kimya mühəndisliyi üzrə güclü nəzəri baza və praktik təcrübəyə malik, təfərrüata diqqət yetirən, yaradıcı düşünən və komandada əməkdaşlığa açıq bir gənc mütəxəssisəm. Yeni biliklərə maraqla yanaşıram, dəyişən şəraitdə sürətlə uyğunlaşır və hər zaman nəticəyə fokuslanıram.
Bacarıqlar
Microsoft Excel
Microsoft PowerPoint
Adobe Photoshop
Ofis Proqramları
Microsoft Word
Dil bilikləri
Azərbaycan - Peşəkar
Digər - Peşəkar
Rus - Orta
İtalyan - Zəif
Türk - Peşəkar
İngilis - Peşəkar

İş təcrübəsi

Kimyəvi Laboratoriya Mütəxəssisi

AQUACHEM MMC

Yan 2025 - Apr 2025
3 ay
-Laboratoriya sınaqlarının aparılması və analizlərin həyata keçirilməsi -Su təmizləmə prosesləri üzrə analizlərin aparılması və nəticələrin dəqiqliklə sənədləşdirilməsi -Məlumatların toplanması, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması - Proseslərin optimallaşdırılması və keyfiyyətə nəzarət işlərinin həyata keçirilməsi -Təhlil üçün lazım olan məhlulların hazırlanması və düzgün saxlanılması - İstifadə edilən avadanlıqların texniki qulluğunun təmin edilməsi və təmiz saxlanılması - Təhlükəsizlik, sanitariya və əməyin mühafizəsi qaydalarına riayət edilməsi - Laboratoriya avadanlıqları və reaktivlərlə təminat vəziyyətinin izlənməsi və çatışmazlıqlar haqqında məlumat verilməsi

SMM və Kontent Yaradıcısı

FZ Academy

Yan 2024 - Dek 2024
11 ay
Akademiyanın sosial media strategiyasının hazırlanması və icrasında fəal iştirak etmişəm. Məqsədli auditoriyaya uyğun kontent planları tərtib etmiş və aylıq kontent təqvimlərini idarə etmişəm. Tanıtım və maarifləndirici məzmunların yazılması və paylaşılması üçün kopiraytinq (copywriting) bacarıqlarımdan istifadə etmişəm. Kurs iştirakçıları və izləyicilər ilə aktiv ünsiyyət quraraq icmanın inkişafına və sosial media platformalarında əlaqələrin möhkəmlənməsinə töhfə vermişəm. Foto və video çəkilişlər həyata keçirmiş, videomontaj və redaktə işlərini müstəqil şəkildə icra etmişəm. Auditoriya analizləri apararaq, paylaşımların daha geniş kütləyə çatması üçün hədəf yönümlü kontent strategiyaları tətbiq etmişəm.
SOCAR

Təcrübəçi kimya mühəndisi

SOCAR

Fev 2024 - May 2024
3 ay
• Qaz ayrılması proseslərinin əsas prinsipləri ilə tanışlıq və tətbiqi • Piroliz proseslərinin iş prinsiplərinin öyrənilməsi və proses axınının analizi • Distillə (ayırma) kolonlarının quruluşu, iş prinsipi və səmərəliliyinin qiymətləndirilməsi • Kompressorların işləmə prinsipi və proseslərdəki rolu üzrə müşahidə və təhlil • Sənaye proseslərində təhlükəsizlik, səmərəlilik və enerji istifadəsi baxımından optimallaşdırma yollarının araşdırılması • Mühəndislik diaqramları və texniki sənədlərlə işləmə bacarığı (PFD, P&ID) üzrə ilkin təcrübə
SOCAR

Təcrübəçi kimya mühəndisi

SOCAR

İyun 2023 - Avq 2023
2 ay
• Proses Axını Diaqramları (PFD) və Borulama və Alətlənmə Diaqramları (P&ID) ilə işləmə təcrübəsi • Proses dizaynı və əməliyyat axınlarının daha dərindən mənimsənilməsi
METAK

Təcrübəçi kimya mühəndisi

METAK

Fev 2023 - İyun 2023
4 ay
• Plastik materialların əridilməsi, formalaşdırılması və plastik boruların istehsalı proseslərində praktiki iştirak • Enjeksiyon qəlibləmə (injection molding) və ekstruziya (extrusion) texnologiyalarının iş prinsiplərinin öyrənilməsi • Plastiklərin istehsal prosesi və xammal axınının idarə olunması üzrə dərin anlayış • Plastik boruların keyfiyyətinə nəzarət məqsədilə aparılan testlərin müşahidəsi və nəticələrin təhlilində iştirak: • Dartılma testi (Tensile Test) • Sərtlik testi (Hardness Test) • Bərklik testi (Rigidity Test) • Ərimə axın indeksi testi (Melt Flow Index)

Kimya Mühəndisliyi Departamentinin Koordinatoru

Azərbaycan Mühəndislər Birliyi

Mar 2023 - May 2023
2 ay
“ShEngineer” layihəsi çərçivəsində Kimya Mühəndisliyi Departamentində Layihə Rəhbəri kimi fəaliyyət göstərmişəm. Tələbələr və gənc mühəndislər üçün seminarlar, təlimlər və sahəvi tədbirlər təşkil etmiş, həmçinin bu tədbirlərin planlaşdırılması və icrasına nəzarət etmişəm. Departament daxilində könüllü komanda ilə birlikdə çalışaraq layihələrin effektiv şəkildə həyata keçirilməsini təmin etmişəm. Kimya mühəndisliyi sahəsində aktual mövzularda müzakirə və maarifləndirici sessiyaların keçirilməsində fəal iştirak etmişəm. Əlaqədar tərəflərlə (natiqlər, təşkilatçılar, tərəfdaş qurumlar) koordinasiya işlərini həyata keçirmişəm.

Təhsil məlumatları

Kimya Mühəndisliyi (Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası) Bakalavr

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)

2020 - 2024

Kimya Mühəndisliyi (Neft və qaz texnologiyası) Magistr

Bakı Ali Neft Məktəbi (BANM)

2024 - 2026

Sertifikatlar

Gas Chromotography

Azerbaijan Engineers Union

2023-04-09

Creative competition of Young Chemists

Baku Higher Oil School

2019-03-08

Introduction to Process Safety and Risk Analysis

Coursera - University of California Davis

2025-05-16

EcoPower Course

SPE ASOIU Student Chapter

2024-10-10

Chemical Engineering Thermodynamics I

Coursera - Korea Advanced Institute of Science and Technology

2025-06-20

Winner of Coursera license through 4Sİ Academy

C4IR Azerbaijan, Coursera, SOCAR, BP, “Pasha Holding”, JOCAP

2025-05-13

Chemical hazards: Toxicology & Reactivity

Coursera - University of California Davis

2025-05-23

Process Safety "OSHA3132" Standart

Azerbaijan Engineers Union

2023-04-13

Furnaces and combustion process in production

Azerbaijan Engineers Union

2023-07-07

Essential Chemical Engineering Calculations

Unielan collaboration with the SPE BHOS Student Chapter

2022-04-15

ChemEng Journey: From Lab to Industry

Azerbaijan Engineers Union

2025-04-18
Əlaqə vasitələri

Daha ətraflı məlumat üçün CV yükləyə bilərsən

Loading...
Avatar 1Avatar 2Avatar 3Avatar 4

Profil aç - Tezliklə iş tap

  • 1
    Qeydiyyatdan keç

    Cəmi bir neçə addımda profil aç

  • 2
    Müraciət et

    Profilin sayəsində şirkətlər özləri səni tapacaqlar

  • 3
    İşə başla

    Yeni işində uğurlar

Yeni profil açmaq çooox asandır

register
Qeydiyyata keç