work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Profil
  • Rüfət Əliyev
Rüfət Əliyev

Rüfət Əliyev

İş təkliflərinə açığam
Rüfət Əliyev
İş təkliflərinə açığam

Rüfət Əliyev

Haqqımda

Mən məsuliyyətli, analitik düşüncə qabiliyyətinə malik və komandada işləmə bacarığı olan bir əməkdaşam. Müxtəlif vəziyyətlərə tez adaptasiya olur, yüksək stres altında soyuqqanlılığımı qoruyur və müştəriyönümlü yanaşmanı üstün tuturam. Problemlərin həllinə sistemli və səbirli yanaşaraq, həm operativ, həm də strateji qərarlar verməyə üstünlük verirəm. VIP müştərilərlə işləmək, B2B və B2C satış sahəsində təcrübəm, daxili proseslərin tənzimlənməsi və müxtəlif departamentlərlə koordinasiya üzrə bacarığım var. Liderlik qabiliyyətim və əvvəlki layihə rəhbəri vəzifəmdə 200 nəfərlik komandaya uğurla rəhbərlik etməyim bunu bir daha sübut edir. Yeni biliklərə açıq, daim öz üzərində çalışan və peşəkar inkişafı prioritet sayan biriyəm.
Bacarıqlar
HTML, CSS
Python
Microsoft PowerPoint
Microsoft Excel
Microsoft Word
Dil bilikləri
Rus - Peşəkar
İngilis - Yaxşı
Azərbaycan - Peşəkar
Türk - Peşəkar

İş təcrübəsi

Layihə Rəhbəri

Positive Call Center

İyun 2021 - May 2024
2 il 11 ay
Karyerama operator kimi başlayaraq müştərilərə avia biletlərin bronlaşdırılması və dəyişdirilməsi ilə bağlı dəstək göstərirdim. Yüksək performansım və məsuliyyətli yanaşmam sayəsində komanda rəhbəri (Team Lead) vəzifəsinə yüksəldim. Bu mərhələdə komanda üzvlərinin KPI göstəricilərinin artırılması, işin koordinasiyası və performans monitorinqi ilə məşğul oldum. Daha sonra Layihə Meneceri vəzifəsinə təyin olunaraq 200–250 nəfərlik bir ofisin idarə olunmasına cavabdeh oldum. Komandaların motivasiyası, KPI göstəricilərinin yüksəldilməsi, daxili idarəetmə proseslərinin təkmilləşdirilməsi və ümumi layihə nəticələrinin yüksəldilməsi əsas hədəflərimdən idi. İşdən ayrılma səbəbi — uzunmüddətli və yüksək məsuliyyətli vəzifədə çalışdıqdan sonra yeni sahələrdə özümü inkişaf etdirmək və daha balanslı iş mühiti tapmaq arzusu idi.

Barista

Gloria Jean's Coffees

Fev 2018 - Okt 2018
8 ay
Müştərilərə yüksək səviyyədə xidmət göstərmək, içki menyusuna uyğun qəhvə və digər içkilərin hazırlanması, gigiyena və keyfiyyət standartlarına əməl olunması əsas vəzifələrim idi. Komanda daxilində effektiv işləmək bacarığım və müştəriyönümlü yanaşmam nəticəsində daim müsbət rəy alırdım. İşdən ayrılma səbəbi — daha ciddi və karyera inkişafı üçün uyğun olan iş sahəsinə keçmək istəyi.

Tur Meneceri | Satış Meneceri | Bələdçi

Golden Gate Travel

Mar 2017 - Sen 2017
6 ay
Şirkətdə həm tur meneceri, həm də B2C satış üzrə mütəxəssis və bəzən gid-sürücü kimi fəaliyyət göstərmişəm. Vəzifələrimə həm soyuq, həm də isti satışlar vasitəsilə daxili tur paketlərinin hazırlanması və satışı daxil idi. Müştərilərə fərdi yanaşma tətbiq edərək turların təqdimatı, marşrut planlaşdırması və ekskursiyaların keçirilməsi ilə məşğul olmuşam. Eyni zamanda ölkədaxili turlar zamanı turistlərin qarşılanması, daşınması və bələdçilik xidmətlərini də yerinə yetirmişəm. İşdən ayrılma səbəbi — şirkət rəhbərliyi tərəfindən əməkhaqqının 3 ay müddətində əməkdaşlara, o cümlədən mənə ödənilməməsi olmuşdur.

Baş Ofisiant

Holliday İnn Hotel

Fev 2014 - Noy 2014
9 ay
Holiday Inn Hotel Baku otelinin açılışında kiçik ofisiant kimi işə başladım, sonradan ofisiant və baş ofisiant vəzifələrinə yüksəldim. İş növbəli qrafiklə təşkil olunurdu: səhərlər qonaqlara səhər yeməyi servisi, günorta nahar, axşam isə şam yeməyi təqdim edilirdi. Həmçinin banketlər, korporativ tədbirlər və özəl mərasimlər zamanı xidmət göstərirdik. Müştəri məmnuniyyəti, dəqiq və vaxtında sifariş icrası, menyunun təqdimatı və komandada koordinasiya əsas vəzifələrimdən idi. Restoranın qonaq sayının azalması səbəbilə müvəqqəti bağlanması nəticəsində işdən ayrıldım.

Təhsil məlumatları

Enerji Maşınqayırma Mühəndisi • Bakalavr

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)

2013 - 2017
Əlaqə vasitələri
in/rufat-aliyev-69a07b297r_aaliyevv

Daha ətraflı məlumat üçün CV yükləyə bilərsən

Loading...
Avatar 1Avatar 2Avatar 3Avatar 4

Profil aç - Tezliklə iş tap

  • 1
    Qeydiyyatdan keç

    Cəmi bir neçə addımda profil aç

  • 2
    Müraciət et

    Profilin sayəsində şirkətlər özləri səni tapacaqlar

  • 3
    İşə başla

    Yeni işində uğurlar

Yeni profil açmaq çooox asandır

register
Qeydiyyata keç