Haqqımda
💻 Mən kompüter elmləri üzrə bakalavr təhsili alıram və hazırda ixtisaslaşma sahəmi iOS tətbiq inkişafı (iOS App Development) üzərində qururam. Swift proqramlaşdırma dili və Xcode IDE vasitəsilə native iOS tətbiqləri yaratmağı öyrənirəm. Layihələrimdə MVC və MVVM arxitektura patternlərindən, Auto Layout, Storyboard, UIKit, eləcə də UserDefaults və Core Data kimi data persistence metodlarından istifadə edirəm.
📱 Mobil inkişaf sahəsində praktiki təcrübə qazanmaq üçün müxtəlif funksionallıqlara malik tətbiqlər üzərində çalışıram: TableView-lar, Navigation Controller-lar, GestureRecognizer-lar, Timer-lər və API inteqrasiyaları kimi komponentləri uğurla tətbiq edirəm. Kodun oxunaqlılığına və reusable komponentlərin yaradılmasına önəm verirəm.
🎯 Məqsədim – istifadəçi təcrübəsini (UX) ön planda tutan, performanslı və skalasiya oluna bilən mobil tətbiqlər yaratmaqdır. Hər gün texniki biliklərimi genişləndirməyə və real problemləri texnologiya ilə həll etməyə çalışıram.