Haqqımda
Mən, İbrahimov Nurəddin – İnsan Resursları üzrə mütəxəssisəm.
İnsan resursları və inzibati idarəetmə sahəsində 5 ilə yaxın iş təcrübəm var. Əmək qanunvericiliyi, sənədləşmə prosesi, ƏMAS sistemi üzrə praktik biliklərə sahibəm. ƏMAS sisteminə dair müxtəlif mövzularda təlim və seminarlar keçmişəm, xüsusilə əmək müqavilələrinə xitam, məzuniyyət əmrləri, əlavələr və digər əməliyyatlarla bağlı geniş təcrübəm var.
Fəaliyyətim müxtəlif sahələri əhatə edir – turizm, restoran xidməti, mühafizə, distributsiya (distribution company) və istehsalat sahələrində çalışmışam. Bu müxtəliflik mənə çevik düşüncə, fərqli strukturlarda uyğunlaşma və operativ qərarvermə bacarığı qazandırıb.
Məsuliyyətli, punktual və komandada işləməyə açıq biri kimi daim inkişaf etməyə və öyrənməyə maraqlıyam. Karyeramı HR sahəsində daha da dərinləşdirmək və biliklərimi faydalı istiqamətdə tətbiq etmək məqsədindəyəm.