Uşaqların Müdafiəsi İdarəsinin baş mütəxəssisi
Elm və Təhsil Nazirliyi
Mar 2025 - Davam edir
5 ay
Təhsilalanların tərbiyəsi, təhsili, şəxsi inkişafı və sosial müdafiəsi üzrə
hüquqlarının təmin olunması ilə bağlı tədbirləri həyata keçirən sosial pedaqoqlarla
əməkdaşlıq etmək; - Təhsil müəssisəsində müşahidə etdiyi problemləri, təklif və şikayətləri
operativ şəkildə əvvəlcədən təyin olunmuş məsul şəxslərə ötürmək və məlumat bazasına
hesabat formasında əlavə etmək; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və
ona tabe olan digər təşkilatların keçirdiyi təlim və tədbirlərdə iştirak etmək; - Vəzifə
funksiyalarının icrası ilə bağlı aylıq hesabatı Uşaqların Müdafiəsi İdarəsinə təqdim etmək.
İmtahan nəzarətçisi
Dövlət İmtahan Mərkəzi
Fev 2025 - Davam edir
6 ay
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların şəffaflığına və imtahan iştirakçılarının təhlükəsizliyinə nəzarət
Məktəblinin dostu
Təhsil Texnologiyaları Mərkəzi
Ümumtəhsil müəssisələrdə təhsilverən və təhsilalanlar üçün təhlükəsiz
mühitin yaradılmasına əməli köməklik və metodiki dəstək göstərmək; - Fövqəladə hallar
(yanğın, təbii fəlakət, zəlzələ və s.) zamanı məktəb heyətinin və şagirdlərin təxliyə
olunmasını təmin etmək, bu kimi hallarda ilkin tibbi və psixoloji yardım göstərmək; - Şagird
davranış qaydalarının icrasına nəzarət etmək və bununla bağlı məktəblərdə yaradılan
komissiya ilə əməkdaşlıq etmək; - Şagirdlərin hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual
inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının
formalaşdırılmasında iştirak etmək; - Şagirdləri zərərli vərdişlərdən yayındırmaq və onlarla
bu mövzuda maarifləndirici tədbirlər keçirmək;