Haqqımda
Haqqımda qısa məlumat
Mən Mustafayev Əli — memar və mühəndislə birgə işləmiş, dizayn və texniki planlama sahəsində təcrübə toplamış çalışqan və məsuliyyətli bir şəxsəm. Layihə hazırlığı, texniki çertyojların çəkilməsi və vizual təqdimatların hazırlanmasında iştirak etmişəm. Komanda ilə işləməyə açıq, detallara diqqətli və yenilikləri öyrənməyə maraqlıyam.
Dil bilikləri:
Azərbaycan dili – Ana dilim
Rus dili – C2 səviyyəsində sərbəst
İngilis dili – Orta səviyyə (texniki anlayışlar və gündəlik ünsiyyət üçün yetərlidir)
Proqram və texniki bacarıqlar:
AutoCAD, ArchiCAD – Çertyoj, plan və memarlıq layihələrinin hazırlanması
3ds Max, Corona, V-Ray – İnteryer və eksteryer dizaynların vizualizasiyası
Microsoft Word və Excel – Sənədləşmə və hesabat işləri
Layihə komandalarında köməkçi və dizayner rolu ilə iştirak təcrübəsi
Bununla yanaşı, idmanla da məşğul oluram – bu, mənə həm fiziki dözümlülük, həm də işdə intizamlı və enerjili olma imkanı verir. Gələcəkdə peşəkar dizayner və layihə meneceri kimi inkişaf edib böyük memarlıq və inşaat layihələrində yer almağı qarşıma məqsəd qoymuşam.