Salam, Hörmətli İnsan Resursları Komandası, Mən, 5 il 8 ay müddətində neft sektorunda İnsan Resursları üzrə fəaliyyət göstərmiş bir mütəxəssis olaraq, Sizin şirkətinizdə HR sahəsində peşəkar fəaliyyətimi davam etdirmək istəyirəm. Bu illər ərzində əldə etdiyim təcrübə, əmək qanunvericiliyi biliklərim, analitik düşüncə qabiliyyətim və insanlarla effektiv ünsiyyət qurma bacarığım bu sahədə uğurla irəliləməyimə şərait yaradıb. İş prosesində dəqiqlik və məsuliyyət mənim əsas prinsiplərimdəndir. HR sahəsində çalışarkən işçi münasibətlərindən tutmuş sənədləşdirmə və proseslərin optimizasiyasına qədər geniş spektrdə fəaliyyət göstərmişəm. Əmək Məcəlləsinə bələd olmağım, Təlim planını koordinasiya etməyim ,dəyişən qanunvericiliyə daim uyğunlaşmağım və bununla yanaşı, kollektivlə mehriban münasibət qurmaq bacarığım mənə peşəkar mühitdə etibarlı HR mütəxəssisi kimi tanınmaq imkanı verib. Əlavə olaraq, ingilis və fransız dillərini sərbəst bilirəm, rus dili üzrə isə əsas səviyyədə ünsiyyət qura bilirəm. Bu dil bilikləri beynəlxalq layihələrdə və çoxmillətli komandalarla əməkdaşlıqda mənə üstünlük qazandırıb. CV-imdə ətraflı şəkildə nəzərdən keçirə bilərsiniz. Daim yeniliklərə açıq olmaq və özümü inkişaf etdirmək prinsipim mənim üçün motivasiya mənbəyidir. İnanıram ki, Sizin komandanıza qoşularaq həm öz təcrübəmi paylaşa, həm də yeni biliklər əldə edərək şirkətinizin inkişafına töhfə verə bilərəm. Əgər uyğun hesab etsəniz, Sizinlə müsahibədə daha ətraflı tanış olmaqdan məmnun olaram. Əvvəlcədən təşəkkür edirəm!
Suraxanı Oyl Opereyşn Kompani S.A
BOS-Shelf MMC
BOS-Shelf MMC
Bakı Dövlət Universiteti (BDU)
Daha ətraflı məlumat üçün CV yükləyə bilərsən
Cəmi bir neçə addımda profil aç
Profilin sayəsində şirkətlər özləri səni tapacaqlar
Yeni işində uğurlar