Haqqımda
Mən Azərbaycan Dİllər Universitetinin Tərcümə fakültəsinin Magistr pilləsini 2008-ci ildə fərqlənmə ilə bitirmişəm. 2005-ci ildən etibarən Qartal Tikinti Firmasında ABŞ höküməti,BP, DSX, Ceragone, AZAL, UNDP Bakı offisi və s sifarişçilərin layihələrində layihə koordinatoru, tender mütəxəssisi kimi fəaliyyət göstərmişəm. İcra olunan layihələrdə koordinasiya, maliyyə, müqavilə, hesabatlar və təhlükəsizlik prosedurlarına dair sənədlər hazırlamış və işlərin yerinə yetirilməsində iştirak etmişəm. Azərbaycan Akkreditasiya Mərkəzi PHŞ, Türk Standartları Enstitüsü kimi təşkilatların şirkəti akkreditə vəya sertifikatlaşdırması üçün müvafiq sənədlərin hazırlanması və uzun müddət koordinasiyasını həyata keçirmişəm. Ətraflı məlumat CV-də qeyd olunub.