Güney Pənahlı

Güney Pənahlı

İnteryer dizayner/ Qrafik dizayner

İş təkliflərinə açığam

Haqqımda

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "İnteryer Dizaynı" ixtisası üzrə bakalavr təhsili almışam. Təhsil müddətində və sonrasında ixtisasım üzrə praktiki biliklərimi inkişaf etdirmək məqsədilə “Zeynallı MMC” inşaat şirkətində 4 aylıq təcrübə proqramında iştirak etmişəm. Burada layihələrin hazırlanması, texniki çertyojların işlənməsi və müştəri tələblərinə uyğun dizayn həllərinin təqdim olunmasında aktiv rol almışam. Eyni zamanda, “Cosmos Academy” tədris mərkəzində 2 il müddətində interyer dizayn üzrə təlimçi kimi çalışaraq, həm nəzəri, həm də praktiki biliklərimi tədris etmişəm. Bu dövr ərzində tədris planlarının hazırlanması, tələbələrin layihələrinin qiymətləndirilməsi və peşəkar yönləndirilməsi sahəsində təcrübə qazanmışam. Bundan əlavə, freelancer olaraq qrafik dizayn sahəsində də fəaliyyət göstərmişəm. Müxtəlif layihələr üzrə loqo, afişa və sosial media materiallarının hazırlanmasında iştirak etmişəm. Bu, mənə dizaynın həm texniki, həm də vizual ünsiyyət yönlərini daha dərindən mənimsəməyə şərait yaratmışdır. Peşəkar inkişafımı davam etdirmək, yaradıcı və funksional dizayn həlləri təqdim etmək məqsədilə sizin komandanızda çalışmaqda maraqlıyam. Hörmətlə, Güney Pənahlı
Əlaqə vasitələri

Daha ətraflı məlumat üçün CV yükləyə bilərsən

Loading...
Avatar 1Avatar 2Avatar 3Avatar 4

Profil aç - Tezliklə iş tap

  • 1
    Qeydiyyatdan keç

    Cəmi bir neçə addımda profil aç

  • 2
    Müraciət et

    Profilin sayəsində şirkətlər özləri səni tapacaqlar

  • 3
    İşə başla

    Yeni işində uğurlar

Yeni profil açmaq çooox asandır

register
Qeydiyyata keç