Haqqımda
Mən Gülşən Şirinova, 8 illik təcrübəyə malik Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Hazırda "Sabah School" və "Leznik & Co" tədris mərkəzində fəaliyyət göstərirəm. Həm ibtidai, həm də yuxarı sinif şagirdləri ilə işləyirəm. Eyni zamanda Azərbaycan dilini IB proqramı üzrə də tədris edirəm. Müasir təlim metodlarına əsaslanan dərs yanaşmam və fərdi tədris strategiyalarım şagirdlərin marağını artırır və nəticələrə əhəmiyyətli təsir göstərir. Azərbaycan dilinə olan sevgim və pedaqoji yanaşmam bu sahədə daim inkişaf etməyimə stimul verir.