Haqqımda
Təcrübəli kredit əməliyyatları mütəxəssisi olaraq, hesabatların hazırlanması və maliyyələşdirmə proseslərinin yoxlanılması sahəsində dərin biliklərə sahibəm. Bankçılıq sektorunda 9 ildən çox təcrübəm var və kredit məhsulları, faktorinq, sənədli əməliyyatlar və Fond maliyyələşdirməsi sahəsində geniş biliklər qazanmışam. Hazırda data analitikası sahəsində bacarıqlarımı inkişaf etdirirəm və Power BI, Power Query, Power Pivot və Excel kimi analitik alətlərlə məlumatların vizuallaşdırılması və effektiv idarə olunması üzərində çalışıram. Analitik düşüncə, problem həll etmə və komanda işinə yönümlü yanaşma kimi güclü bacarıqlara sahib olmaqla yanaşı, yeni biliklər əldə edərək davamlı inkişafa və təşkilatlara dəyər qatmağa maraqlıyam.