Əvəz

Əvəz

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Haqqımda

Mən Əvəz Şükürovam, informasiya texnologiyaları sahəsində 6 illik təcrübəyə malikəm. Bu dövr ərzində texniki əməkdaş kimi başladığım karyeramı İT üzrə mütəxəssis səviyyəsinə qədər inkişaf etdirmişəm. Son 6 ayda informasiya təhlükəsizliyi sahəsində mütəxəssis kimi fəaliyyət göstərirəm. Burada əsas vəzifələrim təhlükələrin monitorinqi, insidentlərin araşdırılması və qarşısının alınması, siyasətlərin yazılması və təkmilləşdirilməsidir. Təhlükəsizlik sahəsinə keçməzdən öncə müxtəlif İT komandalarında zəngin təcrübə toplamışam. Karyeram ərzində 100-dən artıq filialın açılışında texniki dəstək göstərmiş, POS sistemləri (xüsusilə kassa və tərəzilər) ilə çalışmış, həmçinin Active Directory mühitində istifadəçi idarəçiliyi və struktur dəyişikliyi zamanı sistem administratorlarına dəstək vermişəm. Eyni zamanda, şəbəkə komandasında çalışaraq filialların açılışı mərhələsində switch və router-lərin ilkin konfiqurasiyası və quraşdırılması işlərində iştirak etmişəm. Bu təcrübələr mənə həm texniki biliklərimi genişləndirməyə, həm də təhlükəsizlik sahəsində analitik yanaşma formalaşdırmağa imkan verib.
Bacarıqlar
SQL
Ofis Proqramları
Dil bilikləri
Rus - Peşəkar
İngilis - Orta
Türk - Orta
Azərbaycan - Peşəkar

İş təcrübəsi

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Azerbaijan Supermarket LLC

Yan 2025 - İyun 2025
5 ay
Təhlükəsizlik siyasət və prosedurlarına uyğunluğu təmin etmək məqsədilə mütəmadi olaraq təhlükəsizlik auditləri aparmışam. İnformasiya təhlükəsizliyi insidentlərinə cavab planını hazırlamış və onun aktuallığını qorumuşam. Təhlükəsizlik monitorinq sistemlərini qurmuş və onların fasiləsiz işləməsini təmin etmişəm. Təhlükəsizlik nəzarət mexanizmlərinin tətbiqi və test edilməsi ilə məşğul olmuşam.

POS sistemləri üzrə mütəxəssis

Azerbaijan Supermarket LLC

Sen 2023 - Dek 2024
1 il 3 ay
SET10 sistemlərinin müxtəlif hissələrinin yüklənməsi və nasazlıqlarının aradan qaldırılması. SET10 serverlərinin monitorinqi və idarə olunması. Kassa printerlərinin izlənməsi və nasazlıqlarının aradan qaldırılması. Yeniliklərin test edilməsi və obyektlərdə tətbiq olunması. Tərəzilər və kassa aparatlarına texniki dəstək göstərilməsi.

İT üzrə kiçik mütəxəssis

Azerbaijan Supermarket LLC

Apr 2022 - Sen 2023
1 il 5 ay
Müxtəlif əməliyyat sistemləri (Windows 7/8/8.1/10/11) üzrə nasazlıqların aradan qaldırılması və texniki dəstəyin göstərilməsi. Avadanlıq (“hardware”) və proqram təminatlarının (“software”) quraşdırılması. LAN, WLAN və WAN şəbəkələrinin iş prinsipləri, istismarı və nasazlıqların diaqnostikası. Kabel birləşmələrinin (RJ45, patch-panel, data slot və s.) yekunlaşdırılması və montaj işləri. Printer və skanerlərin quraşdırılması və onların monitorinqi.

İT Texniki Dəstək Köməkçisi

Azerbaijan Supermarket LLC

Sen 2019 - Mar 2022
2 il 6 ay
Müxtəlif əməliyyat sistemləri (Windows 7/8/8.1/10/11) üzrə texniki dəstəyin göstərilməsi və nasazlıqların aradan qaldırılması. LAN, WLAN və WAN şəbəkələrinin iş prinsipləri, sazlanması və nasazlıqların diaqnostikası. Kabel xətlərinin yekunlaşdırılması və qoşulması (RJ45 konnektorları, patch-panel, data slot və s.). Kompüter avadanlıqları və proqram təminatlarının quraşdırılması, konfiqurasiyası və əsas nasazlıqların aradan qaldırılması. İstifadəçilərin disk fayllarının ehtiyat nüsxəsinin çıxarılması və bərpa olunması.

Təhsil məlumatları

Nəqliyyatda daşınmaların təşkili və idarə edilməsi Bakalavr

Azərbaycan Texniki Universiteti (AzTU)

2012 - 2016

Sertifikatlar

SQL Essentials

Bravo school

2024-09-10

CompTIA A+

CompTIA

2021-06-15

Cyber Security Essentials

Developia EA

2024-01-17

Linux Fundamentals

Ingress Academy

2024-04-24
Əlaqə vasitələri

Daha ətraflı məlumat üçün CV yükləyə bilərsən

Loading...
Avatar 1Avatar 2Avatar 3Avatar 4

Profil aç - Tezliklə iş tap

  • 1
    Qeydiyyatdan keç

    Cəmi bir neçə addımda profil aç

  • 2
    Müraciət et

    Profilin sayəsində şirkətlər özləri səni tapacaqlar

  • 3
    İşə başla

    Yeni işində uğurlar

Yeni profil açmaq çooox asandır

register
Qeydiyyata keç