work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Profil
  • Eldar Əmirquliyev
Eldar Əmirquliyev

Eldar Əmirquliyev

Rəqəmsal marketinq müxətəssisi

İş təkliflərinə açığam
İş təkliflərinə açığam

Eldar Əmirquliyev

Rəqəmsal marketinq müxətəssisi

Haqqımda

4 ildən artıq təcrübəyə malik nəticəyönümlü Müştəri Xidmətləri, CRM və Rəqəmsal Marketinq mütəxəssisiyəm. Multi-kanal kampaniyaların idarə olunması, CRM sistemlərinin tətbiqi və müştəri seqmentasiyası sahəsində ixtisaslaşmışam. ROI-nin artırılması, kampaniya performansının optimallaşdırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi üzrə uğurlu nəticələr əldə etmişəm. Meta Ads, Google Ads, SEO, Power BI, Google Analytics və layihə idarəetmə alətləri üzrə güclü texniki bacarıqlara sahibəm.
Bacarıqlar
Tag Manager
Email Marketinq
SEO
Google Ads
Facebook Ads
WordPress
Google Analytics
Ofis Proqramları
Dil bilikləri
İngilis - Orta
Rus - Peşəkar
Azərbaycan - Peşəkar

İş təcrübəsi

Müştəri Əlaqələri Meneceri (CRM)

Yango Market

Okt 2024 - İyun 2025
8 ay
- Müştərilər tərəfindən daxil olan müxtəlif xarakterli müraciətləri təhlil edərək mövcud problemlərin operativ şəkildə aradan qaldırılmasına nail olmuşam - Müştəri seqmentasiyası apararaq satış performansını artırmaq məqsədilə davranış modellərini təhlil edib, satış və marketinq komandaları ilə əməkdaşlıq edərək konversiya sayının 15% artırılmasına nail olmuşam - E-poçt, SMS, Push(AppMetrica Yandex) bildirişləri kimi müxtəlif kommunikasiya kanalları vasitəsilə avtomatlaşdırılmış kampaniyalar həyata keçirmişəm - Kampaniya nəticələri və müştəri ehtiyaclarını təhlil edərək fərdiləşdirilmiş və məqsədəuyğun təkliflər hazırlamışam - Marketinq və satış komandaları ilə sıx əməkdaşlıq edərək müştəri istəklərinə uyğun strategiyalar və təşəbbüslər irəli sürmüşəm - Müştəri dövrünü və alış davranışlarını analiz edərək onları saxlamaq və sədaqəti artırmaq məqsədilə motivasiyaedici proqramlar hazırlamışam - A/B testləri və analitik vasitələr (Google Analytics, Power BI və s.) ilə kampaniyaların effektivliyini ölçərək təkmilləşdirici həllər təklif etmişəm - CRM platformalarında avtomatlaşdırılmış iş axınları və trigger əsaslı kampaniyalar qurmuşam - NPS və CSAT kimi məmnuniyyət göstəriciləri əsasında müştəri rəylərini toplayıb təhlil etmiş və əsas problemlərin həllinə yönəlik təkliflər vermişəm

Rəqəmsal Marketinq Mütəxəssisi

Yango Market

Fev 2025 - İyun 2025
4 ay
- Meta platformalarında (Facebook və İnstagram) dəqiq hədəf auditoriyalarını müəyyən etməklə reklam kampaniyalarını yaratmışam və idarə etmişəm - Məzmun təqvimlərini planlayıb təhlil edərək ardıcıl və cəlbedici kommunikasiya təmin etmişəm - Reklam büdcələrini idarə edərək optimallaşdırmışam, performansı artıraraq xərcləri minimuma endirmişəm - Kampaniya nəticələrini izləyərək əsas performans göstəricilərinə (CTR, CPC, CPM, ROAS) əsaslanaraq gündəlik və həftəlik hesabatlar hazırlamışam - ROI təhlilinə əsaslanaraq qərar qəbul etmişəm və kampaniyaların effektivliyini artırmaq üçün mövcud strategiyaları tənzimləmişəm və ya yeni strategiyalar yaratmışam.

Müştəri Xidmətləri Meneceri

İndi Market

Avq 2022 - Okt 2024
2 il 2 ay
- Müştəri xidməti komandasına rəhbərlik etmiş, hər bir əməkdaşın fəaliyyətini qiymətləndirərək fərdi inkişaf planları hazırlamışam – nəticədə komandanın effektivliyi 30% artmışdır - Əlaqə mərkəzi sistemlərinin optimallaşdırılmasına rəhbərlik edərək müştəri sorğularına cavab müddətini 40% azaldılmasına nail olmuşam - Müştəri problemlərinin daha sürətli həlli üçün Intercom CRM sistemi üzərindən çatbot və avtomatlaşdırılmış cavab sistemlərini tətbiq etmişəm - Komandanın xidmət keyfiyyətini və məhsuldarlığını artırmaq məqsədilə innovativ təlim proqramları hazırlayıb tətbiq etmişəm - Müştəri sorğularını təhlil edərək yeni məhsul və xidmət təkliflərinin hazırlanmasına töhfə vermişəm, nəticədə yeni müştərilərin cəlb olunması və mövcud müştərilərin saxlanılması səviyyəsini 70% artırmasına nail olmuşam - Komanda performansı, müştəri şikayətlərinin analizi və inkişaf təkliflərini əhatə edən həftəlik və aylıq analitik hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmişəm

Rəqəmsal marketinq üzrə Təcrübəçi

Jeykhun Imanov Studio

Noy 2023 - Fev 2024
3 ay
- Meta Ads və Google Ads rəqəmsal platformaları vasitəsilə reklam kampaniyalarını planlamış və idarə etmişəm - Sosial media hesablarını yaradaraq onların gündəlik idarəsini təmin etmişəm - Açar sözlərin təhlilini aparmış, mövcud kontenti optimallaşdırmış və biznes məqsədlərinə uyğun yeni fürsətləri müəyyən etmişəm - Reklam kampaniyaları üçün dəqiq hədəf auditoriyalarını təyin etmişəm - Rəqəmsal marketinq büdcəsini marketinq meneceri ilə birlikdə planlamış və ayrılmış reklam xərclərinin büdcədən kənara çıxmamasına nəzarət etmişəm - Büdcədən kənara çıxma risklərini azaltmaq üçün uyğun optimizasiya və qənaət həlləri təklif etmişəm - Axtarış sistemlərinin alqoritm yeniləmələri və istifadəçi davranış trendlərinə uyğun SEO strategiyalarının hazırlanmasında iştirak etmiş, strategiyanın performansını Google Analytics və Search Console vasitəsilə izləmişəm

Marketinq Menecerinin Köməkçisi

Zakaz Onlayn Supermarket

Okt 2021 - Avq 2022
10 ay
- Müxtəlif məhsul və xidmətlər üçün reklam fəaliyyətlərini təşkil etmiş və marketinq strategiyalarının, kampaniyalarının hazırlanmasında iştirak etmişəm - Sosial media səhifələrini idarə etmişəm və istifadəçi aktivliyinin artırılmasına nail olmuşam - Müştəri ehtiyac və maraqlarına əsasən yeni məhsul təkliflərini irəli sürmüşəm - Xidmət əhatə dairəsinə daxil olan, amma sifariş sayı az olan ərazilərdə outdoor reklamlarının təşkilini həyata keçirmişəm

Müştəri Xidmətləri Meneceri

Zakaz Onlayn Supermarket

Apr 2021 - Avq 2022
1 il 3 ay
- Tətbiq və sosial media platformaları üzərindən daxil olan müraciətləri izləyərək onlara vaxtında cavab verilməsini təmin etmişəm - Müştəri ehtiyaclarını müəyyənləşdirərək məmnuniyyətin təmin olunmasına nail olmuşam - Müştəri şikayətlərini idarə edərək, müəyyən olunmuş zaman çərçivəsində uyğun həll yolları və alternativlər təklif edib icra edilməsini təmin etmişəm - Müştəri şikayətləri ilə bağlı araşdırmalar aparmış, əsas səbəbləri müəyyənləşdirərək problemlərin həllini təmin etmişəm - Sifarişlərin yerinə yetirilməsi zamanı anbar və logistika komandası ilə əməkdaşlıq edərək yarana biləcək problemlərin həllinə dəstək vermiş və düzgün icra üçün həll üsulu təklif etmişəm - Gecikmiş və ya ləğv edilmiş sifarişlərin səbəblərini araşdıraraq yaranan problemləri aradan qaldırmışam - Mövcud proseslərə mütəmadi olaraq nəzarət edərək çatışmazlıqları aradan qaldırılmasına nail olmuşam

Müştəri Xidmətləri üzrə Operator

Tuk-Tuk Online Supermarket

Yan 2021 - Apr 2021
2 ay
- Şirkətin sosial media kanalları vasitəsilə daxil olan rəy və mesajlara operativ cavab vermişəm - Müştərilərin zəng və mesajlar vasitəsilə verdiyi sorğuların düzgün və vaxtında cavablandırmışam - Müvafiq şöbələrlə əlaqə saxlayaraq kampaniyalar və sifarişlərə dair yaranan sualları operativ şəkildə yönləndirmişəm - Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ şəkildə yerinə yetirmişəm

Təhsil məlumatları

MBA - Beynəlxalq biznes • Magistr

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

2017 - 2019

Kimya və Biologiya müəllimliyi • Bakalavr

Azərbaycan Dövlət Pedaqoji Universiteti

2013 - 2017

Rəqəmsal Marketinq • Bakalavr

Code Academy

2023 - 2023

Sertifikatlar

Rəqəmsal Marketinq

Code Academy

2025-10-01
Əlaqə vasitələri
Loading...
Avatar 1Avatar 2Avatar 3Avatar 4

Profil aç - Tezliklə iş tap

  • 1
    Qeydiyyatdan keç

    Cəmi bir neçə addımda profil aç

  • 2
    Müraciət et

    Profilin sayəsində şirkətlər özləri səni tapacaqlar

  • 3
    İşə başla

    Yeni işində uğurlar

Yeni profil açmaq çooox asandır

register
Qeydiyyata keç