Haqqımda
Hal-hazırda Caspian Entertainment şirkətində əməliyyat meneceri kimi çalışıram. 50-100 nəfərlik komandanı idarə etmək təcrübəm var və əsas liderlik prinsiplərim komandamın peşəkar inkişafına dəstək olmaq və onları hədəflərinə doğru yönləndirməkdir. İşimdə təşəbbüskar və nəticəyönümlü yanaşmanı əsas tuturam.
Karyeram ərzində müştəri xidmətləri, PR, marketinq və logistika sahələrində aktiv fəaliyyət göstərmişəm. Microsoft Office, Outlook, GOLD və NCR kimi sistemlərdə işləmək bacarığım var. Analitik düşüncəm, tez və effektiv qərarvermə qabiliyyətim, eləcə də yaradıcı yanaşmam mənə müxtəlif vəziyyətlərdə çevik və səmərəli həll yolları tapmağa imkan verir.
Rus dilini ana dilim kimi, ingilis dilini isə upper-intermediate səviyyəsində bilirəm. Yeni imkanlar axtarıram ki, həm öz bilik və bacarıqlarımı daha da inkişaf etdirim, həm də çalışacağım şirkətə real dəyər qatım.