Haqqımda
Mənim üçün ən böyük motivasiya tələbələrimin qazandığı uğurlardır. Onlar yalnız nəzəri biliklər deyil, həm də real iş dünyasında tətbiq edə biləcəkləri bacarıqları öyrənirlər.
Bugün tələbələrim:
Mühasibatlıq sahəsində möhkəm praktiki biliklərə sahibdirlər,
İş müsahibələrində inamla iştirak edir və arzuladıqları mövqeləri qazanırlar,
Bir çoxu artıq böyük şirkətlərin peşəkar komandasının bir parçasıdır.
Hər bir tələbəm üçün tədris prosesini yalnız öyrətmək deyil, həm də onların həyatında real dəyişiklik yaratmaq məqsədilə qururam. Onların uğurları mənim ən böyük uğurumdur.
Siz də karyeranızı dəyişmək və ya inkişaf etdirmək istəyirsinizsə, gəlin, bu yolda birlikdə addımlayaq.