Haqqımda
Yaradıcı düşüncə tərzinə və estetik zövqə malikəm. Qrafik dizayn sahəsinə xüsusi marağım var və bu istiqamətdə daim öz üzərimdə çalışıram. Canva platformasında fərdi və korporativ tərzdə vizual işlər — dizayn layihələri, dəvət mesajları, təqdimatlar və CV formatları hazırlamaq təcrübəm var. Eyni zamanda, Word, Excel, PowerPoint kimi ofis proqramlarında sərbəst işləyir, layihə planlaması və mətn strukturu kimi sahələrdə də güclü bacarıqlara sahibəm. İngilis dilini yaxşı səviyyədə bilirəm. Həm yaradıcı, həm də məsuliyyətli yanaşma ilə işləməyə üstünlük verirəm və yeni biliklərə hər zaman açığam.