Aylin Huseynova

Aylin Huseynova

300 saatdan çox könüllülük və intern təcrübəsi, Orvita Psixoloji Reabilitasiya mərkəzi psixoloq, Green Academy uşaq və yeniyetmə sahəsində Psixoloq Konsultant

İş təkliflərinə açığam

Haqqımda

Mən Aylin Hüseynova, 2003-cü ildə Bakı şəhərində anadan olmuşam. General Əsədov adına 29 nömrəli tam orta məktəbdən əla qiymətlərlə məzun olaraq 505 bal ilə Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsi, İngilis sektoru üzrə Psixologiya ixtisasına qəbul olmuşam. 2020-ci ildə universitetə qəbul olmuş, 2024-cü ildə isə məzun olaraq bakalavriat dərəcəsini uğurla (GPA 95) bitirmişəm. Universitetdə təhsil illərim ərzində müxtəlif şəxsi inkişaf platformalarına və kurslarına qoşulmuş, bir çox könüllü fəaliyyətlərdə iştirak etmiş, o cümlədən, Psixologiyaya dair bir sıra elmi araşdırma/tədqiqat üsullarından istifadə edərək müxtəlif tətbiq sahələrində icra etmişəm. Hazırda 10 kiçik həcmli, 3 böyük həcmli məqaləyə malikəm. Məqalələrim plagiat yoxlamasından keçərək BDU və GEAD jurnallarında çap edilməyə layiq görülmüşdür. Şəxsi düşüncəmə görə, Psixologiyada ilkin tətbiq sahəsi uşaq və yeniyetmələr olmalıdır. Buna səbəb isə əksər travmaların və ilk sosial mühitimiz olan ailə ilə ilkin münasibətlərin başladığı dövrlər elə məhz bu dövrlərdir. Praktika sahəm üzrə yanlız konsultasiya və tədqiqat işləri ilə deyil, həmçinin təşkilati işlər və idarəetmə sahəsi üzrə də təcrübələrə malik olmuşam. İnsanlarla bu qədər çox təcrübəmin olmasını və daha yaxşı analitik təhlillərdə iştirak edə bilmək bacarığımı, bu sahə üzərində işləməyə erkən tələbəlik illərindən başlamağımla əlaqələndirirəm. Gələcəkdə fəaliyyət sahəmi daha çox inkişaf etdirərək Psixologiyada ən müasir texnikalardan istifadə etməyi və bu sahəyə yeniliklər gətirməyi hədəf olaraq planlaşdırmışam.
Dil bilikləri
Türk - Yaxşı
İngilis - Peşəkar

Təhsil məlumatları

Sosial Elmlər və Psixologiya fakültəsi, İngilis dili tədrisində Psixologiya ixtisası Bakalavr

Bakı Dövlət Universiteti (BDU)

2020 - 2024

Daha ətraflı məlumat üçün CV yükləyə bilərsən

Loading...
Avatar 1Avatar 2Avatar 3Avatar 4

Profil aç - Tezliklə iş tap

  • 1
    Qeydiyyatdan keç

    Cəmi bir neçə addımda profil aç

  • 2
    Müraciət et

    Profilin sayəsində şirkətlər özləri səni tapacaqlar

  • 3
    İşə başla

    Yeni işində uğurlar

Yeni profil açmaq çooox asandır

register
Qeydiyyata keç