Haqqımda
Salam,
Mən 3 ildən çox təcrübəyə malik qrafik və motion dizaynerəm, hazırda işlədiyim şirkətdə tək dizayner kimi layihələri ideyadan son realizasiyaya qədər idarə edirəm. Yaradıcı işlə yanaşı, məhsulun satışını effektiv təşkil etməyi, müştəri ilə düzgün ünsiyyət qurmağı bacarıram.
Yüksək iş yükü səbəbindən portfelim yenilənir, amma lazım olduqda iş nümunələrimi təqdim edə bilərəm.
Mən müxtəlif sahələrdə layihələrdə iştirak etmişəm: əyləncə, təhsil, e-commerce, kosmetologiya, estetik, farmasevtika və s.
Adobe Creative Suite proqramlarını (Photoshop, Illustrator, InDesign, After Effects, Premiere Pro) və Figma proqramını peşəkar səviyyədə istifadə edirəm. Tipografiya ilə yaxşı işləyirəm, çap üçün faylların hazırlanmasının bütün incəliklərini bilirəm.
UX/UI dizaynında əsas təcrübəm var: avtomobil satışına yönəlmiş saytın dizaynını hazırlamışam və mobil tətbiqin interfeysini toplamışam, istifadəçi rahatlığı və biznes məqsədlərini nəzərə alıram.
Hörmətlə,
Aydan Kazimova