Haqqımda
Peşəkar fəaliyyətimə jurnalistika sahəsində başlamışam və bu müddət ərzində həm yazılı, həm də vizual kontentlə işləmək bacarığı qazanmışam. Müxtəlif mövzularda materiallar hazırlamış, videolar montaj etmiş, bloq yazıları və ssenarilər yazmışam. Eyni zamanda təşkilatçılıq və insanlarla ünsiyyət sahəsində təcrübəm var.
Rus və ingilis dillərini yüksək səviyyədə bilirəm, bu dillərdən tərcümə edə bilirəm. MS Office proqramları ilə işləməyi bacarıram. Hazırda yaradıcılıq, koordinasiya, kontent və tərcümə sahələrində fəaliyyət göstərmək istəyirəm.
Öyrənməyə açıq, məsuliyyətli və çevikəm. Yeni layihələrdə iştirak etmək və komandaya real töhfə vermək üçün motivasiyalıyam.