Təhsil zamanı təcrübəçi Coğrafiya Müəllimi
Evrika liseyi
17 fevral 2025 – 4 iyul 2025
Evrika Liseyində pedaqoji təcrübəçi kimi fəaliyyət göstərmişəm. Bu müddət ərzində 6–8-ci siniflərdə coğrafiya dərslərində iştirak etmiş, dərs planlarının hazırlanması və həyata keçirilməsində aktiv rol oynamışam. Şagirdlərlə interaktiv metodlardan istifadə etmiş, qiymətləndirmə prosesində və ev tapşırıqlarının hazırlanmasında müəllimlərlə birgə işləmişəm. Həmçinin, sınaq və açıq dərsləri keçmiş və müəllim heyətindən müsbət rəy alaraq pedaqoji bacarıqlarımı inkişaf etdirmişəm.
Rəsmi sertifikatla təltif olunmuşam.
Könüllü
Regional İnkişaf İctimai Birliyi
Dek 2023 - Yan 2025
1 il 1 ay
• Regional inkişaf layihələrinin hazırlanması və icrasında fəal iştirak
• İctimai və maarifləndirici tədbirlərin təşkili və idarə olunmasında dəstək
• Yerli icmalar və tərəfdaş təşkilatlarla əməkdaşlıq və əlaqələrin gücləndirilməsi
• Tədbirlərin təşkili zamanı könüllülərin koordinasiyası və idarə olunması
Yerli və xarici qonaqların nəqliyyat sisteminə yönləndirilməsi və məlumatlandırılması
Delegatların otellər, tədbir məkanları və hava limanı arasında düzgün istiqamətləndirilməsi
Nəqliyyat cədvəllərinin izlənməsi və vaxtında çatdırılmanın təmininə dəstək
Sual-cavab əsasında qonaqlara nəqliyyatla bağlı operativ informasiya verilməsi
Müxtəlif nəqliyyat qovşaqlarında (dayanacaq, giriş-çıxış) koordinasiya dəstəyi
Tədbir sonunda beynəlxalq sertifikatla təltif olunmuşam.
Sənədlərlə iş üzrə könüllü təcrübəçi
Kənd Təsərrüfatı Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyinin Ümumi Şöbəsində təcrübəçi-könüllü kimi fəaliyyət göstərmişəm. Bu müddət ərzində dövlət qurumunda iş prinsipləri, sənədlərlə işləmə qaydaları və komanda daxilində əməkdaşlıq bacarıqları üzrə praktiki təcrübə qazanmışam.
Əsas vəzifələr:
Rəsmi sənədlərin düzgünlüyünün yoxlanılması
Sənədlərin rəhbərliyə təqdimata hazır vəziyyətə gətirilməsi
Lazımi sənədlərin seçilməsi və qruplaşdırılması
Gündəlik sənəd dövriyyəsinin izlənməsi və nizamlanmasına dəstək
Təcrübənin sonunda rəsmi sertifikatla təltif olunmuşam.