work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Mühasibatlıqda nə zaman əmək haqqı və vəzifə artımı olur?

24 İyun 2025 | Maliyyə

Mühasibatlıqda nə zaman əmək haqqı və vəzifə artımı olur?

0
246 baxış
3
Mühasibatlıqda nə zaman əmək haqqı və vəzifə artımı olur?

Mühasibatlıq sahəsində karyeraya başlayan bir çox gəncin ilk suallarından biri budur:
“Nə vaxt maaşım artacaq?”,
“Vəzifəmdə nə zaman yüksələcəm?”
Və bu suallar tamamilə haqlıdır. Hər bir işçinin motivasiyası yalnız əmək haqqı deyil, həm də dəyər verilmək hissidir.

Gəlin bu məsələyə bir az real, bir az da peşəkar yanaşaq.

1. Təcrübə
Mühasibatlıq sahəsi konkret nəticələr tələb edir. İxtisasını təzə bitirmiş biri ilk günlərdə daha çox sənədləşmə, ilkin əməliyyatlar, qaimə tərtibi kimi işlərlə məşğul olur. Bu mərhələdə maaş çox yüksək olmaya bilər.

Amma təcrübə yığdıqca vergi hesabatları, maliyyə hesabatları, DSMF, əmək haqqı, kadr uçotu sahələrinə keçdikcə əmək haqqı da yavaş-yavaş artmağa başlayır. Yəni sadəcə vaxt keçməsi yox, öyrəndiklərini tətbiq etmək əsasdır.

  1. Praktiki bilik olmadan olmaz
    Bəzən bir sertifikat alıb dərhal maaş artımı gözləyirik. Amma reallıq belədir ki, praktiki bacarığın yoxdursa, sən heç kimə sərf etmirsən.

Əgər sən “Mən DSMF hesabatını verə bilirəm, gəlir vergisini, ƏDV-ni hesablaya bilirəm” deyə bilirsənsə, o zaman sən dəyərlisən və maaş artımı gecikməyəcək.

  1. Sertifikatlar və təlimlər
    PMS, ACCA, DipIFR kimi sertifikatlar əlbəttə ki, dəyərlidir. Amma bu sənədi portfolioma qoydum deyə kimsə sənə maaş artırmayacaq.

Bu bilikləri praktik bacarıqlarla sübut etdiyin an sən bir addım öndəsən.

  1. Şirkət siyasəti və daxili qaydalar
    Bəzi şirkətlərdə illik qiymətləndirmə olur, burada performansa əsasən artımlar edilir. Digər şirkətlər isə “vəzifə dəyişdisə, maaş da dəyişər” prinsipilə işləyir.

Əsas məsələ odur ki, sən təklif verirsənmi?, əlavə iş götürürsənmi?, özünə sərmayə qoyursanmı?
Əgər cavabın “bəli”dirsə, rəhbərlik bunu gec-tez görəcək.

  1. Şəxsi keyfiyyətlər
    Passiv işçi: nə deyilsə onu edir, nə artığı var, nə azı. Maaşı da çox dəyişmir.

Aktiv işçi: təşəbbüskar olur, əlavə məsuliyyət götürür, işə yanaşması fərqlidir.
Və nəticə olaraq artım, etimad, yüksəliş.

✅Nəticə

Maaş və vəzifə artımı tarixlə yox, səviyyə ilə bağlıdır.

Əgər sən:
İşinin məsuliyyətini daşıyırsansa,
Bacarıqlarını inkişaf etdirirsənsə,
Şirkətə dəyər qatmağa çalışırsansa,

O zaman sənə qarşılıqsız qalmazlar. Maaş da artır, vəzifə də dəyişir. Sadəcə səbir və davamlılıq lazımdır.

Dostunla paylaş:

whatsapptelegram
Bahar Qaraxanova
Bahar Qaraxanova

Founder and Ceo | Accounting Trainer | Head Accountant

Yazarın digər bloqları

Azərbaycanda ən yaxşı mühasibatlıq kursu hansıdır?

01 Oct 2025

Mühasibatlıqda təlimlərə getməyə dəyərmi?

19 Jun 2025

Mühasibatlıq peşəsi üçün yaş faktorları varmı?

18 Jun 2025

Hamısını göstər

Dostunla paylaş:

whatsapptelegram
Loading...

Digər bloqlar

Bahar Qaraxanova
Bahar Qaraxanova

Founder and Ceo | Accounting Trainer | Head Accountant1 gün əvvəl

Azərbaycanda ən yaxşı mühasibatlıq kursu hansıdır?

1 gün əvvəl
20 baxış
2
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 gün əvvəl

Podcast nədir?

1 gün əvvəl
22 baxış
8
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 gün əvvəl

Ən Gəlirli Xırda Biznes İdeyaları Hansılardır?

1 gün əvvəl
23 baxış
10
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 gün əvvəl

Part-time iş nədir və niyə bu qədər populyardır?

2 gün əvvəl
20 baxış
9
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 gün əvvəl

Müsahibə nədir?

2 gün əvvəl
20 baxış
6
0 bəyənmə
Fərhad Kərimli
Fərhad Kərimli

Head of Marketing2 gün əvvəl

Marketinqdə nəzəriyyədən kənara çıxmaq uğur gətirirmi?

2 gün əvvəl
18 baxış
2
0 bəyənmə
Bütün bloqlara keç