work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Diplomatiya masasında marketinq həmləsi

29 Sen 2025 | Marketinq

Diplomatiya masasında marketinq həmləsi

0
19 baxış
3
Diplomatiya masasında marketinq həmləsi

22-25 sentyabr BMT Baş Assambleyasında onlarla lider, yüzlərlə görüş, böyük çıxışlar fonunda diqqətimi çəkən bir şey oldu: Prezident İlham Əliyevin Nyu-Yorkdakı görüşlərinin masalarında bir brend daim gözə dəyirdi - Sirab və İstisu.

Təsəvvür edin, dünyanın ən böyük investisiya fondlarının rəhbərləri, dövlət başçıları, diplomatiyanın ən nüfuzlu fiqurları ilə bir masa arxasında oturursunuz və hər foto, hər kadrda eyni brend görünür.

İlk baxışdan protokol elementi kimi görünə bilər. Amma marketinq baxımından bu, olduqca dəyərli bir strateji brendinq addımıdır.

Bu addım brendə nə qazandırır?

Marketinq baxımından burada 4 böyük dəyər var:

1. Brendin dövlətlə assosiasiyası
• Bir brendin yüksək səviyyəli diplomatik görüşlərdə təqdim olunması, onu sıradan istehlak məhsulundan çıxarır və “rəsmi keyfiyyət simvolu” statusuna gətirir. Bu, həm daxili, həm də xarici bazarda güclü mövqelənmədir.

2. Premium imic və prestij
• Prezidentin görüş masasında təqdim olunan brend istehlakçı şüurunda avtomatik “elit seçim” statusu qazanır. Yerli bazarda bu, HORECA seqmenti üçün cəlbedici olur.

3. Storytelling potensialı
• Sabah Sirab və İstisu rahatlıqla “Azərbaycan diplomatiya masasında təqdim olunan su” deyə bilər. Bu, heç bir reklam büdcəsinin almadığı gücdür: həm milli brend imici, həm də ixrac bazarlarında güclü satış arqumentidir.

4. İxrac referansı
• Beynəlxalq görüşlərdə iştirak edən hər qonaq bu saları dadır və ölkəni həmin brendlə yadda saxlayır. Bu, gələcəkdə investisiya və ixrac fürsətlərində “diplomatik referans” rolunu oynayır.

Beynəlxalq arenada bənzər addımlar olubmu?
• Evian (Fransa) - prezident sarayında təqdim olunmağa başladıqdan sonra dünyada “premium su” kimi tanındı.
• Borjomi (Gürcüstan) - dövlət protokolunun bir parçasına çevrilərək milli qürur simvolu oldu.
• FIJI Water (ABŞ) - siyasi və biznes tədbirlərində görünərək sadə sudan “elit status simvoluna” qalxdı.

Onların hekayəsi göstərir ki, bəzən milyonluq reklam büdcəsinə ehtiyac yoxdur. Sadəcə doğru yerdə, doğru masada olmaq kifayətdir. Sirab və İstisu indi həmin fürsəti yaşayır. Yaxşı marketinq bunu hekayəyə çevirməyi bacarar.

Və etiraf edim, mən ''İstisu'' mineral su zavodu və Sirab şirkətlərinin marketinq komandalarında olsam, bunu maksimum dərəcədə kommunikasiya edərdim. Çünki hər şüşə, hər kadr, hər protokol fotonu brendin hekayəsinə çevirmək olar.

68da435339f70-1759134547.jpg68da435331e0d-1759134547.jpg68da43535c7cd-1759134547.jpg68da43533f41c-1759134547.jpg68da43538be69-1759134547.jpg68da435379919-1759134547.jpg68da43539a35d-1759134547.jpg68da43537c8f4-1759134547.jpg68da4353bdf0d-1759134547.jpg

Dostunla paylaş:

whatsapptelegram
Fərhad Kərimli
Fərhad Kərimli

Head of Marketing

Yazarın digər bloqları

Marketinqdə nəzəriyyədən kənara çıxmaq uğur gətirirmi?

30 Sep 2025

🐸 Süni intellekt ilə hazırlanmış postlar effektivdirmi?

30 Sep 2025

Azərbaycanda 4 günlük iş həftəsinə keçid realdırmı? - ARAŞDIRMA

30 Sep 2025

Hamısını göstər

Dostunla paylaş:

whatsapptelegram
Loading...

Digər bloqlar

Bahar Qaraxanova
Bahar Qaraxanova

Founder and Ceo | Accounting Trainer | Head Accountant1 gün əvvəl

Azərbaycanda ən yaxşı mühasibatlıq kursu hansıdır?

1 gün əvvəl
20 baxış
2
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 gün əvvəl

Podcast nədir?

1 gün əvvəl
22 baxış
8
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 gün əvvəl

Ən Gəlirli Xırda Biznes İdeyaları Hansılardır?

2 gün əvvəl
23 baxış
10
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 gün əvvəl

Part-time iş nədir və niyə bu qədər populyardır?

2 gün əvvəl
20 baxış
9
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 gün əvvəl

Müsahibə nədir?

2 gün əvvəl
20 baxış
6
0 bəyənmə
Fərhad Kərimli
Fərhad Kərimli

Head of Marketing2 gün əvvəl

Marketinqdə nəzəriyyədən kənara çıxmaq uğur gətirirmi?

2 gün əvvəl
18 baxış
2
0 bəyənmə
Bütün bloqlara keç