work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Vakansiyalar
  • Anbardar (Ağcabədi)

Anbardar (Ağcabədi)

74 baxış

Təsvir

  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla, səliqəli şəkildə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Mal və materialların təhlükəsizliyinə, saxlanma rejiminə, sənədləşdirmə və mədaxil-məxaric prosedurlarına riayət olunmasına nəzarət etmək;
  • Malların yalnız Filial rəhbərliyi tərəfindən təyin olunmuş maddi məsul şəxslərə təhvil verilməsini təmin etmək;
  • Mal və material uçotunu aparmaq və 1C proqramına məlumatların dəqiq daxil edilməsini təmin etmək;
  • Əmtəə-maddi sərvətlərin qorunması, düzgün hesabının aparılması və hesabatların hazırlanmasını təşkil etmək;
  • Anbar avadanlıqlarının, inventar və yanğına qarşı ləvazimatların saz vəziyyətdə olmasına nəzarət etmək və vaxtında təmirini təmin etmək;
  • Köhnəlmiş, zədələnmiş və istifadəyə yararsız mal-materialları müəyyən etmək və mühasibatlığa rəsmi izahat təqdim etmək;
  • Mal və materialların inventarizasiyasını təlimatlara uyğun təşkil etmək və iştirak etmək;
  • Əmək mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə yükləmə-boşaltma işlərini təşkil etmək;
  • Yükləmə-boşaltma proseslərinin düzgün aparılmasına, malların mühafizəsinə və vaxtında çatdırılmasına nəzarət etmək;
  • Anbar fəhlələrinin fəaliyyətinə rəhbərlik etmək və iş bölgüsünü təşkil etmək;
  • Mühafizə xidməti ilə əməkdaşlıq edərək obyektin daxili rejiminin icrasına nəzarət etmək;
  • Əmtəə-maddi sərvətlərin inventarlaşdırılması zamanı hesabatlılığı təmin etmək.

Tələblər

Texniki biliklər:

 

  • Anbarda təhlükəsizlik qaydaları və yanğından mühafizə normaları barədə məlumatlı olmalıdır.
  • Anbarda avadanlıq və materialların saxlanma şərtləri və standartlarını bilməlidir.
  • AR Mülki Hüquq, Əmək, Maliyyə və Təsərrüfat qanunvericiliyinin əsasları üzrə ümumi biliklərə malik olmalıdır.
  • Qaimə-faktura, təhvil-təslim sənədləri və mədaxil-məxaric sənədləri üzrə məlumatlı olmalıdır.
  • Anbar təsərrüfatının təşkili ilə bağlı əsasnamə, təlimat və digər normativ sənədləri oxuya və tətbiq edə bilməlidir.
  • Mal-material qiymətlilərinin sistematika üzrə yerləşdirilməsi qaydalarını bilməli və tətbiq etməyi bacarmalıdır.
  • Daxili əmək intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası üzrə normativ tələblərə ciddi riayət etməlidir.

 

Təhsil: Ali və ya orta ixtisas təhsili (iqtisadiyyat, logistika, mühəndislik və ya oxşar sahələr üzrə)

İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il iş təcrübəsi

Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – arzuolunandır

Kompüter bilikləri:

  • Windows əməliyyat sistemi
  • MS Office proqramları (xüsusilə Excel, Word)
  • 1C ERP proqramı üzrə baza bilikləri – arzuolunandır

Dostunla paylaş:

whatsapptelegram
Prime Cotton
Prime Cotton

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Ağcabədi
İş kateqoriyası:Xidmət
Son müraciət tarixi:2025-09-11
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:8/11/2025

Dostunla paylaş:

whatsapptelegram