Şirkət: Abşeron Ticarət Mərkəzi
Vakansiyanın təsviri
- Sosial media platformaları (Instagram, Facebook, TikTok və s.) üçün mətn və vizual kontentin hazırlanması;
- Gündəlik post və story paylaşımlarının idarə olunması;
- Ticarət mərkəzi və mağazalar üzrə real vaxtlı storylərin hazırlanması və paylaşılması
- Sosial media üzərindən daxil olan mesajların və rəylərin cavablandırılması;
- İzləyicilərlə əlaqənin gücləndirilməsi üçün canlı yayımların təşkili və idarə olunması;
- Çəkiliş heyəti ilə birlikdə mağazalara səfərlərin təşkil olunması və koordinasiyası;
- Mağazalarla çəkiliş razılaşmalarının və qrafiklərinin planlaşdırılması;
Xüsusi tələblər
- Sosial media sahəsində minimum 1-3 il iş təcrübəsi (xüsusilə ticarət və tədbir yönümlü layihələrdə);
- Story, post və canlı yayım formatlarında yaradıcı məzmun istehsalı bacarığı;
- Nəqliyyat vasitəsini idarəetmə bacarığı (sürücülük vəsiqəsinin mövcudluğu mütləqdir);
- Komandada işləmə, təşkilatçılıq və ünsiyyət bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ifadə bacarığı;
- Operativlik tələb edən iş mühitinə uyğunlaşma bacarığı;
- Azərbaycan dili səlis, ingilis və rus dili biliyi arzuolunandır.