📍 Zivella
Vəzifə Təsviri
Bu vəzifə, Zivella Bakı və Zivella Mərkəzi Marketinq Komandası arasında körpü rolunu oynayır. Brendin kommunikasiya dilini və vizual xəttini qoruyaraq yerli bazarda tanıtım, rəqəmsal kommunikasiya və tədbir proseslərinin idarə edilməsinə cavabdehdir.
Öhdəliklər
- Zivella mərkəzi marketinq komandası ilə koordinasiyalı şəkildə Bakı bölgəsi üçün illik marketinq planlarını hazırlamaq,
- Sosial media hesablarını idarə etmək; kontent planlarını mərkəzlə birlikdə hazırlamaq, paylaşımları izləmək və hesabatlandırmaq,
- Rəqəmsal kampaniyalar, sponsorluqlar və əməkdaşlıqlar üçün mərkəzdən göndərilən brifləri yerli bazara uyğunlaşdırmaq,
- Vizual kontent, dizayn və kommunikasiya materialları ehtiyacları üçün mərkəz dizayn komandası ilə işləmək,
- Mağaza daxili tədbirlər, lansmanlar və memar/müştəri görüşlərini təşkil etmək,
- Marketinq fəaliyyətləri ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və mərkəzə geribildirim vermək.
Tələb Olunan Keyfiyyətlər
- Marketinq, Kommunikasiya, PR və ya əlaqəli sahələr üzrə bakalavr təhsili,
- Sosial media idarəçiliyi və rəqəmsal marketinq sahəsində minimum 3 il təcrübə,
- Azərbaycan,Türk və Rus dillərini səlis bilmək; İngilis dili bilikləri üstünlükdür,
- Dizayn alətlərinə (Canva, Photoshop və s.) bələd olmaq,
- Güclü kommunikasiya bacarığı, komandada işləməyə uyğun, yenilikçi düşüncə tərzinə sahib,
- Brend mədəniyyətini mənimsəyə bilən, estetik və detallara diqqət edən.
İş şərtləri
- İş günləri və saatları: Həftə içi 5 gün, 09:00–18:30
- İstirahət günləri: Şənbə və Bazar
- Əmək haqqı: 1000–1200 AZN
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.