📍AzProduct
İş şəraiti
- İş yeri: Bakı
- İş rejimi: Tam ştat (5 günlük iş qrafiki)
- Əməkhaqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri
- Sosial media, reklam kampaniyaları, təqdimatlar, e-mail və veb-sayt üçün brend tonuna uyğun yaradıcı məzmun və konseptlər hazırlamaq;
- Rəqəmsal kanallar üçün “storytelling” əsaslı kampaniya ideyaları və konseptlər irəli sürmək;
- Brendin illik və rüblük kommunikasiya xəttinə uyğun paylaşım təqviminin hazırlanmasında iştirak etmək.
- Kreativ, media və PR agentlikləri ilə kampaniya ideyalarının hazırlanması, “brief”lərin ötürülməsi və icra keyfiyyətinə nəzarət proseslərini koordinasiya etmək;
- Agentlik tərəfindən təqdim edilən ssenarilər, sloqanlar, sosial media postları, video konseptlər və reklam mətnlərini nəzərdən keçirmək, brend tonuna və kommunikasiya strategiyasına uyğunluğunu təmin etmək;
- Hər kampaniya üçün məzmun istiqamətində fikir və istiqamət təklifləri vermək.
- Veb-sayt, bloq və məhsul səhifələri üçün SEO-optimallaşdırılmış məzmunlar yazmaq və yeniləmək;
- “Keyword” araşdırması aparmaq və nəticələr əsasında məzmun strategiyası formalaşdırmaq;
- Mövcud məzmunların oxunurluq, geri dönüşüm, CTR və s. Kimi göstəricilərini izləmək və təkmilləşdirmək.
- Rəqəmsal marketinq trendləri, məzmun formatları, SEO və AI dəstəkli yazı alətlərini izləmək və tətbiq etmək;
- Rəqiblərin məzmun strategiyalarını analiz etmək və fərqli yanaşmaları təklif etmək;
- Aylıq və rüblük məzmun nəticələrini təhlil etmək və müvafiq hesabatlar hazırlamaq.
Vəzifə üzrə tələblər:
- Ali təhsil: Marketinq, kommunikasiya, filologiya sahələrində ;
- Yaş həddi: 23-40 yaş
- Tələb olunan iş təcrübəsi: Marketinq və kommunikasiya sahəsində minimum 3 il;
- Dil bacarıqları: Azərbaycan dili (ana dili), ingilis dili (üstünlükdür)
- Rəqəmsal marketinq alətləri və reklam platformaları ilə işləmə bacarığı
- Kreativlik və təşəbbüskarlıq
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı
- Karyera və peşəkar inkişaf imkanları
- Təlim və sertifikasiya dəstəyi
- Stabil və peşəkar iş mühiti
Uyğun namizədlər CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (“Marketinq üzrəmütəxəssis”) mövzusu ilə göndərməyiniz xahiş olunur.