Elektrik qaz qaynaqçısı

78 baxış

Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC Elektrik qaz qaynaqçısı vakansiyasını elan edir.

İş haqqında məlumat:

  • Müxtəlif polad, çuğun, əlvan metallar və ərintilərdən olan hissələrin, qovşaq və boru kəmərlərini əl ilə qövsü, plazma və qazla qaynaq etmək;
  • Müxtəlif poladlardan, əlvan metal və ərintilərdən olan hissələri oksigen plazmalı və qazla düz xətli və fiqurlu kəsmək və yonmaq;
  • Mürəkkəb hissələri, qovşaq, birləşmə və boru kəmərlərini avtomatik və mexaniki qaynaq etmək;
  • Mürəkkəb və məsul detalları müxtəlif vəziyyətlərdə əl ilə qövsü və qaz ilə kəsmək;
  • Mürəkkəb və məsul konstruksiyaları qaynaq vəziyyətdə düzləndirmək;
  • Mürəkkəb qaynaq metal konstruksiyaların çertyojlarını oxumaq.

Vəzifə öhdəlikləri:

Bu vəzifəyə qəbul olunan şəxs aşağıdakı funksiyaları yerinə yetirməlidir:

  • Qaynaq əməliyyatları: Texniki spesifikasiyalara əsasən, müxtəlif diametrli borularda, xüsusi hissələrdə, keçmə xətlərində, ayrı birləşmələrdə və dirsəklərdə şaquli “yuxarı” və “aşağı” qövs qaynaq əməliyyatlarını həyata keçirmək.
  • Qaynaq işlərinin idarə edilməsi: Qaynağın gedişinə və onun düzgün həyata keçirilməsinə nəzarət etmək, hər gedişdən sonra şovu təmizləmək.
  • Xətaların aradan qaldırılması: Qüsurlar zamanı təmir işlərini aparmaq, lazım gələrsə, polad quruluşlu elementləri qaynaq etmək.
  • Borularda qaynaq: Borularda minimum qaz axınının davam etdiyi halda qaynaq işlərini həyata keçirmək bacarığına sahib olmaq.
  • Yaş: 25-55 yaş
  • Təhsil: Peşə təhsili (müvafiq sahə üzrə) arzuolunandır.
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.

Namizədlər CV-ni Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalar
Vakansiyalar

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2025-10-26
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:10/2/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram
📢 Yeni vakansiyaları sosial şəbəkələrdə də izləyin!

Oxşar elanlar

Bütün 389 vakansiyanı gör