DOST Agropark MMC Aqronom vakansiyasını elan edir.
Təsvir
- Əkindən öncə torpağın hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və torpağın münbitliyini artırmaq üçün tədbirlər görmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
- Bitki mühafizəsi fəaliyyətlərini izləyərək zərərvericilər və xəstəliklərin risklərini azaltmaq;
- Aqrokimyəvi və Aqrotexniki tədbirlərin həyata keçirilməsi, suvarılma, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasını təmin etmək;
- Xəstəlik, zərərverici və alaqlara qarşı mübarizə tədbirlərini həyata keçirmək;
- Mütəmadi olaraq əkin sahələrini monitorinq etmək, əməkdaşlarla gündəlik söhbətlər apararaq tapşırıqları ötürmək;
- Məhsul istehsalını artırmaq üçün qabaqcil texnologiyalardan istifadə etmək;
- Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə nəzarət etmək və s;
Tələblər
Təhsil: Ali təhsil (Aqronomluq və Aqromühəndislik ixtisasları üzrə bakalavr təhsili arzu olunandır);
Təcrübə: Aqronomluq üzrə 2 ildən az olmayaraq iş təcrübəsi (bitkiçilik üzrə)
Komputer biliyi: 1C və MS Office proqramlarında işləmək bacarığı;
Əlavə məlumat
- İş yeri: Zəngilan
- İş qrafiki: 6 günlük iş rejimi ( həftə 40 saatdan çox olmayaraq)